Təvəkkül Rəsul oğlu Əliyev () — azərbaycanlı arxeoloq-alim, tarixçi. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, institut Elmi Şurasının üzvü və Çöl tədqiqatları sektorunun müdiri (2000-ci ildən). 2007-ci ildən Mil-Qarabağ arxeoloji ekspedisiyasının Qalatəpə dəstəsinə və 2009-cu ildən isə Azərbaycan–Almaniya beynəlxalq ekspedisiyasına rəhbərlik etmişdir.

Həyatı Əliyev Təvəkkül Rəsul oğlu 1955-ci il may ayının 30-da Ağcabədi rayonunun Kəbirli kəndində anadan olmuşdur. 1972-ci ildə Kəbirli kənd M. Ə. Sabir adına kənd orta məktəbini, 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildə Azərbaycan EA Tarix institutu Arxeologiya və Etnoqrafiya sektorunun Çöl tədqiqatları şöbəsində baş laborant vəzifəsində işə başlamışdır. 1981–1985-ci illərdə həmin institutun aspiranturasında arxeologiya ixtisası üzrə təhsil almışdır. Prof. C. Xəlilovun rəhbərliyi ilə hazırladığı "Azərbaycan ərazisində siklopik tikililər" adlı dissertasiyasını 1988-ci ildə SSRİ EA Arxeologiya və Etnoqrafiya institutunun Leninqrad bölməsində müdafiə edib arxeologiya ixtisası üzrə tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 2000-ci ildən AMEA Arxeologiya və Ütnoqrafiya institutu Çöl tədqiqatları sektorunun (hazırda bölməsinin) rəhbəri vəzifəsində çalışır. İnstitutun Elmi Şurasının üzvüdür. 1992–2004-cü illərdə müxtəlif ali və orta məktəblərdə dərs demişdir.

05 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan elminin inkişafında xidmətlərinə görə Tərəqqi medalı ilə təltif olunub layiq görülüb.

Ailəlidir, 2 övladı var.

Elmi fəaliyyəti T. Əliyevin tədqiqatları Azərbaycan ərazisindəki erkən sinifli cəmiyyətlərin öyrənilməsinə yönəlmişdir. 1979–1981-ci illərdə Quba-Xaçmaz bölgəsində aparılan çöl tədqiqatlarında yaxından iştirak etmiş, "Şimal-şərqi Azərbaycanın arxeoloji abidələri" külliyatının hazırlanmasında xidməti olmuşdur. 1981–1985-ci illərdə Gəncə-Qazax arxeoloji ekspedisiyasının tərkibində Gədəbəy və Daşkəsən rayonlarındakı son tunc və erkən dəmir dövrünə aid qədim qalaları – siklopik tikililəri tədqiq etmişdir. Bu araşdırmalar zamanı əldə etdiyi nəticələri dissertasiya şəklində müdafiə edərək alimlik dərəcəsi almışdır. I Qarabağ müharibəsi dövründə Cəbrayıl, Zəngilan və Qubadlıda araşdırmalar aparmış, buradakı maddi mədəniyyət abidələri haqqında ilkin material toplayıb məqalələr yazmışdır. Onun elmi fəaliyyətində Mil-Qarabağ abidələrinin tədqiqi xüsusi yer tutur. Son illər Qarqarçayın sağ sahilində — Ağcabədi rayonu ərazisində yerləşən, antik və orta əsrlərə aid alban şəhər məskəni olan Qalatəpədə və neolit-eneolit dövrü yaşayış məskəni Kamiltəpədə apardığı tədqiqatlar böyük maraq doğurmuşdur. 2007-ci ildən Mil-Qarabağ ekspedisiyası Qalatəpə dəstəsinə rəhbərlik edir. 2009–2015-ci illərdə Mil-Qarabağ düzündə tədqiqat aparmış Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının Azərbaycan tərəfindən rəhbəri olmuşdur. Dağlıq Qarabağda – Xocavənd rayonu ərazisindəki Nərgiztəpə arxeoloji abidələr kompleksində ilk tədqiqatların başlanması da onun adı ilə bağlıdır. 2013-cü ildə II Şuşa qrantı müsabiqəsinin qalıbı olan T. Əliyev layihə rəhbəri kimi 2014–2015-ci illərdə "Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi" mövzusu üzrə tədqiqat aparmış və digər layihə iştirakçıları ilə (B. İbrahimli, G. Əliyeva) birlikdə həmin adda əsəri dərc edilmişdir (Bakı: Mütərcim, 2017).

T. Əliyevin Almaniya, İngiltərə, Rusiya, Cənubi Koreya Respublikası və Gürcüstanda keçırılən beynəlxalq konfranslarda elmi məruzələri dinlənilmiş, Berlin, Bonn, London, Tbilisi, Seul, Moskva və b. şəhərlərdə məqalələri, Berlində monoqrafiyası (müştərək) nəşr olunmuşdur. Elmi işlərlə yanaşı, T. R. Əliyev həm də pedaqoji fəliyyətlə məşğul olub interaktiv təlim üsullarının Azərbaycan məktəblərində yayılmasında, təhsillə bağlı bir sıra layihələrin həyata keçirilməsində, tarix proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasında yaxından iştirak etmişdir. O, bir müddət Azərbaycan Tarix Müəllimləri İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tarix fənni üzrə eksperti kimi fəaliyyət göstərmişdir. Onun təşəbbüsü və təşkilatçılığı ilə 2002-ci ildə Bakıda Avropa Tarix müəllimlərinin (EUROKLİO) beynəlxalq konfransı keçirilmişdir.

Elmi-pedaqoji fəaliyyəti dövründə tarix üzrə fəlsəfə doktoru T. R. Əliyevin 120-dən artıq elmi, elmi-publistik əsəri, dərslik və dərs vəsaitləri, o cümlədən 5 kitabı çapdan çıxmışdır. Hazırda, o, ibtidai icma və erkən sinifli cəmiyyətlər tarixi üzrə tədqiqatlarını davam etdirir.

Əsərlərinin siyahısı 1. Əmirəhməd və Qurd təpələri haqqında ilk məlumat. Azərb. SSR EA-nın Xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası. −1982, № 4, s.82–87.

2. Rustəpə yaşayış yeri haqqında ilkin məlumat. Azərb. SSR EA-nın Məruzələri.-1984, № 6, s.85–88.

3. Azərbaycanın siklop tikililəri. Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar (1979-cu il). –Bakı, Elm, 1984, s.26–29.

4. Quba və Dəvəçi rayonlarında arxeoloji tədqiqatlar. Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar (1979). –Bakı, Elm, 1984, s.29–33 (C. Xəlilov, R. Arazova və b. ilə birlikdə).

5. "Kitabi Dədə-Qorqud"da təsvir olunan qalaların tarixi kökləri haqqında. Gənc ədəbiyyatçıların IV Respublika konfransının materialları. –Bakı, Elm,1984, s.66–67.

6. Qızılca qalasının arxeoloji tədqiqi. Azərb. SSR EA Tarix institutu və ADU-nun tarix fakültəsi gənc alimlərinin elmi konfransının materialları. –Bakı, Elm,1985, s.39.

7. Исследование курганов у с. Сеюдли и циклопических крепостей близ Кедабека. Археологические открытия 1983 года (AO). –Москва, "Наука", 1985, стр.487–488 (H. Kəsəmənli, M. Hüseynova ilə birgə).

8. Археологические исследования циклопических сооружений Азербайджана за 1983–1984 гг. Всесоюзная археологическая конференция "Достижения Советской археологии в XI пятилетке". Тезисы докладов. –Баку, 1985, стр.55–57.

9. Təpəgöz qalaları. "Elm və həyat" jurnalı, 1985, № 11, s.13–14.

10. Gədəbəy rayonunda yeni aşkar olunmuş siklop tikililəri. Azər. SSR EA-nın Məruzələri. −1986, № 6, s.77–80 (H. Kəsəmənli ilə birgə).

11. Azərbaycan siklop tikililərinin tikinti texnikası haqqında. Azərb. SSR EA aspirantlarının Respublika elmi konfransının (iyun 1985) materialları. –Bakı, Elm, 1986, s.66–67.

12. Gədəbəy rayonunda tədqiqatlar. Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar (1980–1981-ci illər). –Bakı, Elm, 1986, s.80–85 (H. Kəsəmənli, M. Hüseynova ilə birgə).

13. Xantəpə yaşayış yerində kəşfiyyat işləri. Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar (1985). –Bakı, Elm, 1986, s.73–74.

14. Mil düzünün qədim abidələri. "Elm və həyat" jurnalı, 1987, № 4, s.15–16.

15. Coğrafi mühit və Azərbaycan siklop tikililərinin yayılma arealına dair. Gənc alimlərin II Respublika konfransının materialları. II hissə. –Bakı, Elm,1987, s.268–273.

16. Циклопические сооружения на территории Азербайджана. Автореферат диссертации на соискание ученой степени кандидата исторических наук. –Ленинград, 1987, 22 стр.

17. Некрополь эпохи средней бронзы вблизи с. Сеидли Хачмасского района . Тезисы докладов конференции "Развитие археологической и этнографической науки в Азербайджане". –Баку, "Элм", 1988, стр.28–29.

18. Исследования слоя эпохи средней бронзы на поселении Бориспольтепе (Серкертепе). Тезисы докладов конференции "Развитие археологической и этнографической науки в Азербайджане". –Баку, "Элм", 1988, стр.29–30.

19. Azərbaycan siklop tikililərinin funksiyası. Azərb. SSR EA Tarix institutu gənc alimlərinin elmi konfransının (oktyabr 1987) materiallarının tezisləri. –Bakı, Elm, 1988, s.88.

20. Yardımlı rayonunda açılmış qədim küp qəbirləri. Azərb. SSR EA gənc alimlərinin elmi konfransının əsərləri. –Bakı, Elm, 1988, s.96 (T. Əzizovla birgə).

21. Xaçmazda bir abidə var. "Elm və həyat" jurnalı, 1988, № 7, s.20–22.

22. "Kitabi Dədə Qorqud"da təsvir olunan qalalarla bağlı səhifələr. "Elm və həyat" jurnalı, 1989, № 10, s.21–22.

23. Tariximizi yaşatmalıyıq –bu bizim vətəndaşlıq borcumuzdur. "Azərbaycan gəncləri" qəzeti, 21 yanvar 1989-cu il (0,5 ç.v.).

24. Şərqi Zaqafqaziyanın mədəni-tarixi inkişafında bir dönüş haqqında. Azərb. SSR EA Tarix institutu elmi konfransının materialları. –Bakı, Elm,1989, s.10–12.

25. Mifik obraz və maddi mədəniyyət abidələri. Folklor və mədəniyyət. Filoloqların IV Respublika konfransının materialları (dekabr 1989). –Bakı, Elm, 1990, s.34–36.

26. Sirik qalası. "Elm və həyat" jurnalı, 1991, № 5, s.8–9.

27. Torağaytəpə yaşayış yeri. 1990-cı ildə aparılmış çöl tədqiqatlarının yekunlarına aid konfransın materialları. BDU (24–25 aprel 1991). –Bakı, 1991, s.13.

28. Niftalı kurqanları. Azərbaycanda arxeologiya və etnoqrafiya elminin son nəticələrinə həsr olunmuş elmi konfransın materialları. –Bakı, Bilik, 1992, s.21–23.

29. Zəngilandan təsadüfi tapıntılar. Azərbaycanda arxeologiya və etnoqrafiya elminin son nəticələrinə həsr olunmuş elmi konfransın materialları. –Bakı, Bilik, 1992, s.92–94.

30. Cəbrayıl rayonunun tunc və ilk dəmir dövrü abidələri. "Azərbaycan tarixinin problemləri" məcmuəsi. –Bakı, 1992, s.9–13.

31. Yardımlının dağıdılmış abıdələri. "Aydınlıq" qəzeti, 17 iyul 1992-ci il (0,2 ç.v.).

32. Vənədli Məti (30-cu illərin qurbanları). "Ədalət" qəzeti, 4 avqust 1992-ci il (0,2 ç.v.).

33. Daşlı –kəsəkli istiqlal yolu. "Ordu" qəzeti, 3 sentyabr 1992-ci il (0,2 ç.v.).

34. Zəngilan miladdan əvvəl. "Novruz" qəzeti, 23 0ktyabr 1992-ci il (0,3 ç.v.).

35. Xəyanət tarixindən səhifələr. "Novruz" qəzeti, 23 oktyabr 1992-ci il (0,2 ç.v.).

36. Циклопические сооружения на территории Азербайджана. (Mонография. Под ред. Проф. Дж. А. Халилова). Баку, 1993, 9 п.л.

37. Günəş dənizdən doğur. Bakı, "İşıq", 1993, 6 ç.v.

38. Şabran şəhər yerində arxeoloji kəşfiyyat işləri. Azərbaycanın maddi mədəniyyəti. XI cild. –Bakı, Elm, 1993, s.68–79 və 160–165 (C. Xəlilov, Q. Qoşqarlı və b.ilə birlikdə).

39. Gavurarxboyu arxeoloji abidələr. S. Qazıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfaransın materialları. –Bakı, Elm, 1994, s.52–54.

40. Torpaq islahatları tarixindən. Qrakx qardaşlarının aqrar qanunu. "İstiqlal" qəzeti, 3 yanvar 1998-ci il (1 ç.v.).

41. Vətəndaş cəmiyyəti və demokratiyanın əsasları. Bakı, "Profile" tədqiqat mərkəzi, 1998, 3 ç.v. (E. Məhərrəmov, H. Həsənov, M. Bağırzadə ilə birlikdə).

42. Tarix. Abituriyentlər üçün testlər. Bakı, "Kür", 1998,1999, 2000 (üç dəfə təkrar nəşr edilmişdir), 8 ç.v.

43. Tarix. Abituriyentlərə kömək üçün vəsait (rus dilində). Bakı, "Kür", 2000, 8 ç.v.

44. Юго-Западный Азербайджан в эпоху бронзы и раннего железа. Международная научная конференция "Археология и Этнография Кавказа". Краткое содержание докладов. –Баку, 2000, стр.61–62.

45. Tur Heyerdal və Azərbaycan. "Azərbaycan arxeologiyası" jurnalı, 2002, № 1–2, s.145–148.

46. Erkən orta əsrlərdə türk cəmiyyəti. AMEA-nın mübir üzvü, prof. A. Axundovun 70 illiyinə həsr olunmuş elmi konfransın materialları. –Bakı, Elm, 2002, s.139–140.

47. Azərbaycanın ilk paleolitşünas alimi. 2000–2001-ci illərdə aparılmış apxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş sessiya. Tezislər. Bakı,2002, s.123–127 (M. Mənsurovla birlikdə).

48. Orta əsrlər tarixi. 7-ci sinif . Dərslik. Bakı, "Yeni nəsil", 2002–2003, 14 ç.v. (A. Allahverdiyevlə birlikdə).

49. Orta əsrlər tarixi. 7-ci sinif. İş dəftəri. Bakı, "Yeni nəsil", 2003, 4 ç.v. (F. Babayev, A. Allahverdiyevlə birlikdə).

50. Azərbaycanın cənub – qərb bölgəsinin arxeoloji tədqiqinə dair. "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı, 2003, № 1, s.81–90.

51. Tunc və erkən dəmir dövründə Azərbaycanda demoqrafik sıçrayış (tarixi – arxeoloji təhlil). Arxeologiya və Etnoqrafiya institutunun 10 illiyinə həsr olunmuş elmi konfransın materialları. –Bakı, 2003, s.46–48.

52. V. Kərimov, V. Sturfiel "Kiş"(Bakı, 2003) kitabı haqqında. "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı, 2003, II c., s.322.