Teymur Nağdalı oğlu Bünyadov () — Azərbaycan hərbi xadimi, general-mayor (1966).
Həyatı Teymur Bünyadov 25 dekabr 1911-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Girətağ kəndində anadan olub.O taylı-bu taylı tariximiz: 1813-2013: xronoqraf: 1906-1911-ci illər — azerbaycanli.org saytı
1941-ci ildə Qafan RHK-dan orduya çağırılmışdır. F.E.Dzerjinski adına artilleriya Akademiyası nəzdində artilleriya birləşmələri üçün komissarlar hazırlayan birillik kursu bitirmiş, Stalinqrad və Cənub-qərb cəbhələri siyasi idarələrində baş təlimatçı olmuşdur.Azərbaycan Respublikası Xatirə Kitabı, II cild, Bakı: Respublika Xatirə Kitabı redaksiyası, 2000. səh.443-444
1946-1952-ci illərdə "Buzovnaneft" tresi rəisinin müavini, Azərbaycan SSR yeyinti sənayesi nazirinin birinci müavini və başqa vəzifələrdə çalışmışdır.
1952-ci ildə yenidən hərbi xidmətə çağırılmış, diviziya siyasi idarəsinin rəisi təyin edilmiş, 1955-ci ilədək bu vəzifədə işləmişdir.
1955-1960-cı illərdə Azərbaycan SSR Daxili İşlər Nazirinin müavini, 1960-1967-ci illərdə DİN-də komendant, 1967-1970-ci illərdə isə SSRİ DİN qoşunlarının Zaqafqaziya üzrə komendantının birinci müavini olmuşdur.
1966-cı ildə general-mayor rütbəsi almışdır.
1970-1974-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində işləmişdir.
Teymur Bünyadov uzun sürən xəstəlikdən sonra 9 aprel 1974-cü ildə vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni
İstinadlar
Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar