Uels Şahzadəsi (boğaz) - Kanada Arktik arxipelaqına daxil olan Banks adasını Viktoriya (ada)sından ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Vaykaunt-Melvill boğazı, Barrou boğazı və Lankaster boğazı keçidin əsasını təşkil edir. Bofort dənizini Amudsen körfəzi (cənub qərb), şimal-qərbdə isə Vaykaunt-Melvill boğazı ilə birləşdirir. Uzunluğu 275 km, orta eni 16 km, ən dar yerdə 10,5 km, dərinliyi 160 m təşkil edir. Qütb dairəsi daxilində yerləşdiyindən ilin böyük qismi buzla örtülü olur. Boğazı ilk dəfə Robert Mak-Klur 1850-ci ildə keçmiş və onu Albert Eduardın şərəfinə Uels Şahzadəsi adlandırmışdır. İstinad

Kateqoriya:Şimal Buzlu okeanının boğazları Kateqoriya:Şimali Amerika boğazları Kateqoriya:Kanada boğazları Kateqoriya:Şimal-Qərb Torpaqlarının boğazları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar