Ələmdar Aslan oğlu Əlbəndov () — Azərbaycan Texnologiya Universiteti, kimya mühəhdisliyi kafedrasının müdiri, professor.
Həyatı Ələmdar Əlbəndov 08 yanvar 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində kolxozçu ailəsində anadan olmuşdur.
Ələmdar Əlbəndov 1958-ci ildə Kəlbəcər orta məktəbini bütün fənlərdən əla qiymətlərlə başa vuraraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) kimya-biologiya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu "Lenin təqaüdü" ilə bitirmişdir. Tələbəlik illərində fakültənin "Kimya-biologiya bülleteni"nin və "İti gözlər" satirik divar qəzetinin redaktoru, institut komsomol bürosunun üzvü kimi müxtəlif ictimai vəzifələrdə fəaliyyət göstərməklə yanaşı, görkəmli alim prof. Allahverdi Verdizadənin rəhbərliyi ilə "Sirkoniumun mikroperyodatometrik təyini" mövzusunda elmi iş aparmışdır. Apardığı tədqiqatın nəticələri "Azərbaycan kimya jurnalında" dərc olunmuşdur. Tələbəlik illərində təhsildə, ictimai və elmi-tədqiqat işlərində qazandığı müvəffəqiyyətlər barəsində institutun "Gənc müəllim", "Azərbaycan gəncləri" qazetlərində və "Uçitelskaya qazeta"da məqalələr dərc olunmuşdur.
1963-cü ildə institutu bitirən Ələmdar Əlbəndovun təyinatını Kəlbəcərə verirlər. Tələbəlik illərində Ələmdar Əlbəndovun təhsil sahəsində əldə etdiyi uğurları, eləcə də istedad və qabilliyyətini rəhbər tutaraq pedaqoji stajının olmamasına baxmayaraq rayon maarif şöbəsi yüksəik etimad göstərərək onu öz doğma kəndində orta məktəbə direktor təyin edir.
Ələmdar Əlbəndov 01 janvar 1965-ci il tarixdən etibarən Azərbaycan SSR EA-nın "Qeyri-üzvi və Fiziki kimya İnstitutu"nun əyani aspiranturasına qəbul olunur. 1968-ci ildə "Platinin Reyneke duzu ilə sürətli və dəqiq təyini" mövzusunda dissertasiya işi müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi adını alır. O, platinin dəqiq və sürətli təyininin yeni qravimetrik, potensiometrik və fotometrik metodlarını işləyib hazırlayır və bu metodlar təbii obyektlərdə, müxtəlif ərintilərdə, anod şlamında platinin miqdari təyininə tətbiq edilərək yüksək qiymətləndirilir. SSRİ-nin görkəmli alimləri: Latviya SSR EA-nın Qeyri-üzvi Kimya İnstitutunun kristallokimya laboratoriyasının müdiri akademik A. F. İevınşa və həmin institutun daxili komoleks birləşmələr laboratoriyasının müdiri prof. Y. A. Bankovski, Rostov Dövlət Universitetinin analitik kimya kafedrasının müdiri, əməkdar elm xadimi, prof. P. N. Kovalenko və başqaları Ələmdar Əlbəndovun dissertasiya işini yüksək qiymətləndirmişlər.
Ələmdar Əlbəndov 1974-cü ildən dosent, 2010-cu ildən isə Azərbaycan Texnologiya Universitetinin professorudur. O, həmçinin Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının həqiqi üzvü (akademiki), Nyu-York Elmlər Akademiyasının isə üzvüdür.
1970-ci ildən etibarən Ələmdar müəllim fəaliyyətini ali təhsillə bağlayır. O, əvvəlcə müsabiqə yolu ilə Neft və Kimya İnstitutunun Analitik kimya kafedrasına dosent vəzifəsinə seçilir. 1 sentyabr 1971-ci ildən etibarən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi ilə 1970-ci ildən bünövrəsi qoyulmuş Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialında əmək fəaliyyətinə başlayır. Kimya fənlərinin tədrisi və onların maddi-texniki bazasının yaradılması işlərinə rəhbərlik Ə. Əlbəndova həvalə olunur. O, kimya kafedrasını təşkil edib ona rəhbərlik edir. Onun rəhbərliyi altinda filialda müasir kimya laboratoriyaları təşkil olunur. Hazirada göstərilən filialın bazasında yaradılmış Azərbaycan Texnologiya Universitetinin (1981) kimya mühəndisliyi kafedrasının müdiri işləyən Ələmdar Əlbəndov uzun müddət kimya, qeyri-üzvi və analitik kimya kafedralarına rəhbərlik etməklə tədrisinin kefiyyətcə yenidən qurulmasında və fənlərin maddi-texniki bazasının müasir laboratoriyalarla təchiz olunmasında böyük xidmətlər göstərmışdir. O, həmkarlar təşkilatının sədri, fakültə partiya komitəsinin katibi, institut elmi şurasının və partiya bürosunun üzvü, müsabiqə komissiyasının sədri, universitet elmi şurasının üzvü, universitet elmi şura nəzdində yaradılmış "Elm və tədris" komissiyasının sədri kimi müxtəlif ictimasi vəzifələrdə çalışmaqla universitetin ictimai-siyasi həyatında, kadr hazırlığında və təhsildə aparılan islahatların həyata keçirilməsində yüksək rol oynamışdır.
Ələmdar Əlbəndov respublikanın müvafiq ali məktəblərində müəllim və tələbələr tərəfindən geniş istifadə olunan Respublika Təhsil Nazirliyinin təsdiq etdiyi və "Elm" nəşriyyatı tərəfindən nəşr olunmuş irihəcmli üç fundamental dərsliyin ("Analitik kimya", "Ümumi kimya", "Ümumi və qeyri-üzvi kimya") müəllifidir. Ə. Əlbəndovun "Analitik kimya" kitabı respublikada analitik kimya kursu üzrə nəşr olunan ilk dərslikdir.
Onun kimyanın ən fundamental nəzəri hissələri üzrə yazdığı "Atomun quruluşu və kimyəvi rabitə", "Kimyəvi termodinamika və kinetikanın əsasları", "Ümumi və qeyri-üzvi kimya praktikumu" və s. dərs vəsaitləri kimyanın tədrisində tələbələr tərəfindən geniş istifadə olunan əsas tədris vəsaitlərindəndir. O, həmçinin bir çox metodik göstərişlərin, fənn proqramlarının və elmi-kütləvi əsərlərin də müəllifidir.
Ələmdar Əlbəndov təhsillə yanaşı, elm sahəsində də böyük uğurlar əldə etmişdir. O, Azərbaycan SSR EA-nın redaksiya-nəşriyyat şurasının qərarı ilə nəşr olunmuş "Tiokarbamidmetalreynekeatların nəcib və əlvan metalların analitik kimyasına tətbiqi" adlı monoqrafiyanın, 140-dan çox elmi əsərin müəllifidir. Ə. Əlbəndovun 53 illik elmi-pedaqoji fəaliyyətinin 47 ili Azərbaycan Texnologiya Universiteti ilə bağlıdır. Təhsilin maddi-texniki bazasının təşkilində, təhsildə aparılan islahatların həyata keçirilməsində, yüksəkixtisaslı kadr hazırlığında böyük xidmətləri vardır.
Ali təhsil sistemində səmərəli xidmətlərinə görə Ə. Əlbəndov SSRİ Təhsil Nazirliyinin "Ali təhsildə əla xidmətlərinə görə", Respublika Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanları və fəxri fərmanları ilə təltif olunmuşdur. Ələmdar Əlbəndov ailəlidir. İki oğlu, dörd nəvəsi vardır.
Əsərləri
Dərslikləri Analitik kimya. Bakı, "Elm", 2008.- 628 s. Ümumi kimya. Bakı "Elm", 2011. — 616 s. Ümumi və qeyri-üzvi kimya. Bakı, "Elm", 661s.
Dərs vəsaitləri Ümumi və qeyri-üzvi kimya praktikumu. Gəncə, 2004 Atomun quruluşu və kimyəvi rabitə. Kirovabad, 1987 Kimyəvi termodinamika və kinetikanın əsasları. Kirovabad, 1988 Atmosfer və ekokogiya. Gəncə, 1977 Ətraf mühit və ekoloji vəziyyət. Gəncə, 2007
Monoqrafiyası Тиомочевинметаллорейнекеатные комплексы в аналитической химии благородных металлов. Баку, "Елм", 1985
Elmi məqalələri Опроделение циркония микропериодатным методом. Азерб. хим. жур., № 4, 1963 Гравиметрическое определение платины через ее тетратиомочевинный комплекс посредством солъю Рейнеке. Азерб. хим. жур., № 4, 1964 Изучение условий оброзования окращенного соединения селена. Ученые записки АГУ, серия хим.наук, № 1, 1967 Ускоренное и точное определение платины солъю Рейнеке. Азерб. хим. жур., № 1, 1968 Фотоколориметрическое определение платины в виде двойного комплексного соединения. ДАН Азерб. ССР, № 8, 1968 Експрес метод фотонефелометрического определения фтора треххлористым церием в присутствии сулъфат ионов. ДАН Азерб. ССР, № 5, 1970 Рейнекеатный метод опредедение платины и палладия в сплавах и щламах. Тр. ИНФХ АН Азерб. ССР, Баку, 1971 Изучение условий оброзования и экстрагирования комплексов Mо(VI) о- и п-нитробензолазопирокатехином. Азерб. хим. жур., № 5–6, 1974 ИК-спектроскопическое изучение двухядерных разнолигандных тиомочевиннометалрейнекеатных комплексов. Азерб. хим. жур., № 2, 1975 Физ.-хим. исследование взаимодействие F- –ионов с ионами Ce(III) в прсутствии сулъфат ионов. Азерб. хим. жур., № 1, 1978 Определение Pt и Pd; Pt и Cu; Pt и Au солъю Рейнеке при совместном их присутствии. Азерб. хим. жур., № 2, 1982 Синтез некоторых металзамещанных 2,2-диметокси-1,3,2-диоксигермананов. Азерб. хим. жур., № 4, 1983 Экстраксионно-фотометрическое определение Та-а с азозамещенными сафранинов. Азерб. хим. жур., № 6, 1985 Экстраксионно-фотометрическое определение V(V) с динитробензолазопирокатехином. Азерб. хим. жур., № 3, 1987 Ağ çaxırda Fe(III)-ün təyini. H. Ə. Əliyevin doğum gününə həsr olunmuş Respublika elmi-praktiki konfransın materialları. Gəncə, ATU, 2009 Qida məhsullarında Pd(II)-nin fotometrik təyini. "Üzvi reagentlərin analitik kimyaya tətbiqi" Respublika elmi konfransınımn. materialları. Bakı, 2009 Reyneke duzunun platinin analitik kimyasına tətbiqi. "Üzvi reagentlərin analitik kimyaya tətbiqi Respublika elmi konf. materialları. Bakı, 2009 Qənnadi istehsalında reduksiyaedici şəkərlərin təyini. "Üzvi reagentlər analitik kimyada" II Respublika elmi konfransının materialları. Bakı. 2014 Qurğuşunun yeyinti məhsullarının külündə təyini. "Üzvi reagentlər analitik kimyada" II Respublika elmi konfransının materialları. Bakı. 2014 Reyneke duzunun platinin vəsfi təinuini tətbiqi. "Davamlı inkişaf vətexnoloji innovasiyalar" Benəlxalq elmi-prak. konf.marerrialları II his., Gəncə, 2014 və s.
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Kəlbəcər rayonunda doğulanlar Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycan Texnologiya Universitetinin professorları Kateqoriya:Azərbaycan Texnologiya Universitetinin müəllimləri