Hacı Rəşid körpüsü yaxud Daşüz körpüsü — Oğuz rayonunun Xaçmaz kəndi ərazisində, Daşüz yaşayış ərazisində XIX əsrə aid tarixi abidə.

Haqqında Hacı Rəşid körpüsü (Daşüz körpüsü) Oğuz rayonunun Xaçmaz kəndinin ərazisində Daşüz yaşayış ərazisində yerləşir. Mənzərəli bir yerdə, Sarısu adlanan kiçik bir çay üzərində tikilmişdir.

Körpü çatma tağlıdır. Yəni iri dairə qövsünün kəsişməsindən yaranır. Körpünün inşasında əsas tikinti materialları kimi səliqə ilə hamarlanmış iri kvadrat formal tuf daşı və kirəc məhsulundan istifadə olunmuşdur. Körpü bir aşırımlı olub, çayın özünə yol açdığı təbii kiçik qayalar üzərində tikilmişdir. Uzunluğu 12 m-ə yaxın, eni 4,5 metrdir. Körpünün aşırımının eni 5 metrə yaxındır. Tağın suyun səthindən hündürlüyü isə 7 metrdir. Körpünün üstünə torpaq döşənmişdir. Hacı Rəşid körpüsü bu gün də öz görkəmini tamamilə saxlamışdır.

Mənbə Azərbaycan arxeologiyası. VI cild, Bakı, 2008.

Xarici keçidlər

Vikipediya:Viki Abidələri Sevir/Abidələrin siyahısı/Oğuz

İstinadlar

Kateqoriya:Oğuz rayonu Kateqoriya:Oğuz rayonunun abidələri