Pentlənd-Ferd boğazı - () Şotlandiya sahillərində Böyük Britaniya adasını Orkney arxipelaqından ayırır. Şimal dənizini Atlantik okeanı ilə birləşdirir. Böyük Britaniya adasının şimal ucqar nöqtəsi Dannet-Hed burada yerləşir. Sahilində Con-o'Qrots qəsəbəsi vardır. Boğazın şimalında Orkney arxipelaqınına daxil olan Hay və Sout Ponaldsey adaları yerləşir. Bu ərazidə isə Skapa-Flou buxtası vardır. Boğaz daxilində güclü axınlar olur ki, onun sürəti 30 km/s çatır. Bu səbəbdən ərazidə elektrostansiya tikindisi planlaşdırılır.

Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Atlantik okeanının boğazları Kateqoriya:Böyük Britaniya boğazları Kateqoriya:Şotlandiya boğazları