Dilican Milli Parkı () — Ermənistanın şimal-şərqində, Tavuş mərzində yerləşən milli park. Sahəsi 240 km2-dır. Ən çox təbiəti, biomüxtəlifliyi, müalicəvi bulaq suları, tarixi abidələri ilə tanınır. Ermənistanın iki milli parkından biridir (digəri Göyçə Milli Parkıdır).
Tarixi thumbnail|Erməni poçt markasında.|left Milli park 2002-ci ildə Dilican və Kuybişev meşələrini qorumaq üçün 1958-ci ildə qurulmuş qoruğun yerində təşkil olunmuşdur. Milli parkın ərazisində hələ də dəyişiklik olmayıb. Dilican şəhərinin yaxınlığındadır və buradan İrəvan-Karvansaray dəmiryolu keçir. Milli parkın gələcəkdə istirahət, bufer zonası, sərhəd istiqamətlərində inkişaf etdirilməsi planlaşdırılır.
Coğrafiya Ərazi dəniz səviyyəsindən 1070-2300 metr yüksəklikdə yerləşən Pəmbək, Sətənəxaç, Murğuz (Miapor), Karvansaray və Hələb dağ silsilələrini əhatə edir. Bu dağların çəmənlikləri milli park ərazisinə daxil deyildir. Ağstafaçay və onun qolları — Bldan, Ovacur, Ştoqanacur, Aqartsin və Getik buradan keçməkdədir. Milli parkda suyu güzgütək olan Təmiz göl və Zəli göl adlı iki göl vardır.
Flora və fauna Milli parkda 902Khanjyan, N.S. Specially Protected Nature Areas of Armenia. Ministry of Nature Protection, 2004, Rep. ArmeniaKhanjyan, N.S., Sharbatyan M.I. Flora of Dilican Reserve. Yerevan, 1999. “Amaras” (in Russian) bitki növü və 800 növ heyvan növü qeydə alınmışdır.
Abidələri Ən əhəmiyyətli abidələri Aqatsin monastırı (XIII əsr), Qoşavank monastırı, Motosavank monastırı və Axnabat kilsəsi hesab olunur.
Qalereya
İstinadlar
Xarici keçidlər Tavuş mərzi turist bələdçisi
Kateqoriya:Ermənistan milli parkları Kateqoriya:2002-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:1958-ci ildə yaradılmış qoruq əraziləri