Şumava Milli Parkı (, ) — Çexiyanın cənub-qərbində yerləşən və ətraf mühitin mühafizəsi üçün xüsusi rejim müddəalarının tətbiq olunduğu meşə massividir. Park statusu "Təbiətin və landşaftın qorunması" haqqında 114/1992 nömrəli qanun müddəası ilə tənzimlənir. Şumava Milli Parkı, Çex Respublikasındakı 4 MP-dan ən böyüyüdür (ümumi sahəsi 167.688 hektardır). Burada əsas müdafiə obyekti, sakit rejimdə unikal və nadir bioloji aləmin tədqiqi və təkmilləşdirilməsidir. Şam meşələri və meşə əkmələrindən başqa, burada ən önəmlisi adi bataqlıqların, torf bataqlıqlarının və kar mənşəli göllərin və relyeflərin mühafizəsidir. Şumava Milli Parkı təbiət-mühafizə zonasının bir hissəsidir. Milli Park ərazisində daha 24 dövlət təbiət qoruğu və digər xırda mühafizə olunan ərazilər elan olunub. Birlikdə onlar Mərkəzi Avropada ən iri və ən şaxələndirilmiş mühafizə olunan ərazilərin birini təşkil edirlər. Şumava qiymətli təbii mühit, eləcə də turizm üçün populyar məkan kimi özünü təqdim edir. Şumavanın hazırkı simvolunda Bohemiyanın iki canlı ağacı, onların arasında qurumuş bir ağac, hər üç ağacın arxasında isə hündür dağ təsvir olunub.

Yerləşməsi Şumava Milli Parkı ölkənin cənub-qərb hissəsində yerləşir. Geomorfoloji baxımdan o, cənub-şərqdən şimal-şərq istiqamətlərinə bölünür; bu ərazidə Şumava düzənliyi, Jeleznorudska yüksəkliyi, Boubin dağları, Jelnavska dağətəyi, Troymezenska dağətəyi və Vltava çayının şırımı yerləşir. Şumava Milli Parkı 600 m (Otava çayının Reynşteynin yaxınlığındakı vadisi) və 1378 m hündürlüyü (Plexi zirvəsi — Çex Şumavasının ən yüksək dağıdır) arasında yerləşir. Şumava massivinin özü Almaniya ilə Çexiya arasında yerləşdiyindən, onun Almaniya ərazisinə düşən hissəsi Bömerwald (yəni Bavariya meşəsi) adlanır; buranın ən yüksək nöqtəsi Arber dağıdır (, ) — onun hündürlüyü 1456 metrdir. Milli Parkın mühafizə zonasını əmələ gətirən qorunan landşaft sahəsi 99 624 hektardır.

Parkın mənası və məqsədi Milli park 1991-ci ildə ilkin "Şumava" mühafizə-landşaft rayonunun ərazisində yaradılmışdı. Onun yaradılmasında əsas məqsəd, nadir torf bataqlıqların, eləcə də küknar və fıstıq meşələri, dağ çəmənlikləri, azğın çay və buzlaq göllərinin geniş və çeşidli mozaikasının mühafizə etmək idi. Mərkəzi Avropanın ən iri qarışıq meşə kompleksi kimi, Şumavanı tez-tez "Avropanın yaşıl ürəyi və yaşıl damı" adlandırırlar. Bu geniş ərazidə vaşaq, sığır və ya sibir xoruzu kimi, onlarla nəsli kəsilməkdə olan bitki və ya heyvan növlərinin gələcək nəsillərə ötürülməsi üçün genişmiqyaslı işlər aparılır. Torf bataqlıqlarında məskunlaşmış bəzi həşəratlara dünyanın daha heç bir yerində rast gəlinmir.

Şumavanın müdafiə tarixi Şumavanın təbii park statusunun elan edilməsi üçün ilk cəhdlər 1911-ci ilə aid edilir. Çexoslovakiya Respublikasının 40/1956 nömrəli qanununa uyğun olaraq, 1963-cü ildə ərazidə Mədəniyyət Nazirliyi tərəfindən Milli Park təsis edilmişdi. Torpaq sahəsi 163 000 hektar olan Şumava, hələ o dövrdə Çexiya Respublikasının ən iri qorunan ərazilərindən biri idi. 1990-cı ildə Parisdə meşə UNESCO-nun himayəsi altında biosfer qoruğu elan edilmişdi. 1990-cı ildən Şumava torfluğu ""Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında" Ramsar Konvensiyasında qeydiyyata alınmışdı. Bununla belə, BTTSM birliyi Şumava meşəsini "Ekosistemlərin Qırmızı kitabına" daxil etmişdi (IUCN — Ecosystems Red List). Şumava özünün rəsmi Milli Park statusunu Çex Respublikasının hökuməti tərəfindən 20 mart 1991-ci il tarixində əldə etmişdi. Bundan başqa, Şumavanı idarə edən kollektivi Milli Parkın lüzumsuz parçalanmasına və bu ərazilərdə müxtəlif tədbirlərin keçirilməsinə görə tez-tez tənqid edirlər.

Qorunma sahəsinin qanunvericiliyi thumb|right|230px|Şumavanın tofoqrafik xəritəsi 138px 138px Boubin meşəsi antropoloji təsirə məruz qalmayıb,buna görə də I zonaya daxil edilib

Sıx meşəlik Təbiətin və landşaftların intervensiyadan qorunması konsepsiyası Qanun Məcəlləsinin 114/92 maddəsinə və Çexiya Respublikasının hökuməti tərəfindən 20 mart 1991-ci ildə imzaladığı sərəncama uyğun olaraq təsis edilmişdi. Milli parkın qorunması və təbii ətraf mühitin yaxşılaşdırılması üzrə tərtib və daha sonra qəbul edilmiş 2 nömrəli əsasnamədə bu barədə aşağıdakılar qeyd edilmişdir: 1) Vəhşi flora və faunanın ciddi mühafizəsi, 2) Elm və təhsil məqsədlərinin yerinə yetirilməsi, 3) landşaftın tipik görünüşünü qoruyub saxlanılması, 4) Ətraf mühitə ziyan verilməməsi şərti ilə, Milli Park ərazisini turizm və istirahət üçün istifadəsi.NP není Stromovka ani lunapark

Ətraf mühitin ilk çexiyalı naziri Bedrjix Moldanın sözlərinə görə, Şumava Milli Parkının qanunvericilikdə yaradılmasına icazəvermə faktı, özü-özlüyündə buranın "kommersiya meşə sahəsi" kimi xidmət etmək niyyətini nəzərdə tutur, burada istehsal funksiyası əsas prioritet olacaq. Bura attraksionlar parkı və ya turizm mərkəzi deyil, heç səliqəli Stromovka da deyil, lakin bu sahə təbii meşə ekosistemlərin bərpasına imkan yaradacaqdır. Qəzalı vəziyyətdə olan meşənin müxtəlif yerlərində süni meşə bərpası üçün bütün lazımi şərait yaradılıb. Lakin bununla belə, meşədə gənc ağac və kolların insan qayğı və ya müdaxiləsi olmadan aktiv formada təbii və müstəqil inkişafı gedir. Əlbəttə ki, istənilən meşədə olduğu kimi, burada da təbii seçmə baş verir və yalnız çoxlu işıq, isti, su və ya qida maddələrini ala bilən ağaclar sağ qalır. Hələ cavan ağacların üzərinə bu cür çoxlu təbii təsirlərin olmasına baxmayaraq, meşələri Yerləşdiyi ərazidən asılı olaraq qeyri ixtiyarı şəkildə sürətlə və ya yavaş inkişaf edir və bununla da təbii landşaftın yenilənməsinə yardımçı olurlar. Bu sahədə təbii bərpa sayı, eləcə də monitorinq göstərir ki, Şumava müdriyyəti öz işini lazımi səviyyədə yerinə yetirir.

Qoruyucu şəraiti ərazinin zonalara bölünməsi həll edir; 3 zona — 3 dərəcəli müdafiə anlamını daşıyır. Bufer zonaların yerləşməsi və onların ölçüləri, Çexiya Respublikasının Ətraf Mühit və Mühafizə Nazirliyinin (qısaca MŽP) tərtib etdiyi qərarın nəticəsidir. Milli Parkın zonalara bölünməsi ekoloji sabitliyin bərpası üçün zəruri vasitə hesab olunur. I zona — Ciddi mühafizə rejimi. Özündə ən dəyərli və ən davamlı təbii ekosistem sahələrini — məsələn, ibtidai meşə və torf sahəsi və bataqlıq qalıqlarını birləşdirir. Birinci zonada insan müdaxiləsi olmadan təbii şəkildə inkişaf edən bir çox sahə saxlanılır. II zona — Nəzarət edilən təbiət. Özündə meşə və digər ekosistemlərin qalan böyük bir hissəsini birləşdirir. Burada orijinal pra-meşədən müxtəlif dərəcədə vəziyyəti və tərkibi olan yaşıllıq qorunub saxlanılır, çox zərər çəkmiş və yararsız vəziyyətdə olan ağac və kollar modifikasiya edilir. Bütün tədbirlərin məqsədi, təbii tarazlığın qorunub saxlanması (yenidənqurma və optimallaşdırılma hesabına) və mövcud ekosistemlərin və təbii birliklərinin getdikcə bir-birinə yaxınlaşdırılmasıdır. III zona — Marginal inkişaf. Özündə antropoloji dəyişikliyə uğramış əraziləri birləşdirir; burada məqsədyönlü və təxmini inkişaf üçün mərkəzlər yaradılmışdır. Əsas məqsəd ondan ibarətdir ki, bu zonanın MP missiyasına zidd olmaması şərti ilə, xidmət və kənd təsərrüfatı, turizm və istirahət, eləcə də daimi yaşayış üçün istifadənin dəstəklənilməsidir

Birinci zonanın ölçüsü və yerləşməsi, həmçinin Şumava MP administrasiyasının kəsişmə qaydaları ekoloq və peşəkar savadlı insanlar tərəfindən pislənilir. Bəzi mütəxəssislərin fikrincə, parkın yaxşılaşdırılması və zonalıq anlayışını daha korrekt vəziyyətə gətirilməsi üçün, birinci növbədə buranın gələcəkdə xüsusi sistemli qaydaya salınması və həmin birinci zonaya ayrı-ayrı yığcam ərazi vahidlərinin daxil edilməsinə imkan yaradılması vacibdir. Digər peşəkarlar, xüsusilə də meşə gözətçiləri əksinə parkın qabıqyeyənə qarşı apardıqları müxtəlif tədbirləri bəyənir və parkın xaricindən edilən kiçik diapazonu müdaxilələri tənqid edirlər.

MP ərazisində 24 dövlət təbiət qoruğu, mühafizə olunan və digər xırda ərazilər yaradılmışdır, onlardan bəziləri Milli parkın birinci zonasına verilmiş və beləliklə öz statusunu itirmişdilər. Qalan daha kiçik meşə sahələri isə, təbii irs siyahısına daxil edilmişdir (hələ 2003-cü ildə onların sayı 27 idi).

Şumava Milli Parkında daha intensiv və uğurlu işlərin yerinə yetirilməsi üçün, 2011-ci ildən Ətraf Mühitin Mühafizəsi Nazirliyi tərəfindən yeni qanun qəbul edilmişdi. Birinci layihə Plzen diyarı tərəfindən hazırlanmış, daha sonra isə, onunla əməkdaşlığa Cənubi Bohemiya diyarı və digər kiçik kəndlərdən olan çoxsaylı ekspertlər də qoşulmuşdu. Baş nazir Petr Neçasın sözlərinə görə, Dördüncü zonanın tətbiqini istisna etsək, əsas çatışmazlıq ondan ibarətdir ki, Milli Parkın rəhbərliyi regionların administrasiyası yanında hər hansı bir xeyriyyə cəmiyyətinin (qeyri-kommersiya təşkilatının) yaradılmasında uğur əldə etməmişdi, buna görə də, bu proyektin heç bir uduşu və gəliri yoxdur, bu hökumət üçün yalnız əlavə xərcdir.

Şumava MP-nın konsepsiyası barədə mübahisələr

Milli Park uzun müddət bir çox problemlərlə mübarizə aparırdı, halbuki onlardan bəzilərini siyasiləşdirilmiş məsələ kimi təsvir etmək olar; burada aparılan diskussiyalar artaraq ictimai debatlara gətirib çıxarmışdı. Bu cür debat və mitinqlərin yaranma səbəbi, qabıqyeyənlərin periodik olaraq sayının artması və onlara qarşı aparılan tədbirlərin kifayət qədər effektiv aparılmaması, ağac ilə bağlı siyasi mübahisələr, MP-da kurort və digər turizm mərkəzlərinin tikintisi, Vltava çayının yuxarılarında onlarla obyektin tikintisinə qarşı yaxtsmen və operatorlar ilə mübahisələr və yaşıllaşdırma zamanı aparılan qeyri-şəffaf seçim prosedurudur.

Milli Park ərazisində ağac tədarükünün aparılması və bu sahənin dəqiqliyi, həmçinin bu ərazilərin inkişafı məqsədilə layihələrin reallaşdırılması imkanlarını, qabıqyeyənlərin Şumava arealından kənara çıxmaq təhlükəsi və kasıb Şumava icmasının işsizlik problemi böyük narahatlıq doğurur. Hazırkı qurumun özü isə, ekoloji cəhətdən fəlakətli mini anklavların parçalanmasında səbəbkar kimi və yaxın keçmişdə hətta birinci zonada belə qabıqyeyən cücülərə qarşı aparılan mübarizə tədbirlərin çox aşağı səviyyədə olması ilə əlaqədar, təbiətin qorunması ilə məşğul olan beynəlxalq səviyyədə rəsmi təşkilatlar — alim və ekoloqlar tərəfindən pislənilmişdi.

Milli Park zonasında meşə təsərrüfatına edilən müdaxilə və bunun tərəfdarları və əleyhdarları arasında yaşanan fikir ayrılığı artıq çoxdan hamıya məlumdur (Şumava Milli Parkının konsepsiyası barədə mübahisələr). MP araşdırmalar mərkəzindən alınan məlumata görə, 2011-ci ildə Şumava Milli Parkının əməkdaşları qabıqyeyən-mətbəəçinin daha böyük areala yayılmasının qarşını almaq məqsədilə, Çexiya Respublikası və Avstriya arasında imzalanmış beynəlxalq müqavilə çərçivəsində, Avstriya ilə sərhəddə yerləşən meşə sahələrinə müdaxilə etməyə məcbur olmuşdular. Şumava MP-nın rəhbərliyinin dediyinə görə, onlar bu cücü sayının kəskin artmasının nə qədər qorxulu bir vəziyyətə gətirib çıxaracağını çox gözəl anlayırlar. Onların məskunlaşdığı arealın genişlənməsi, məsələn Almaniya ərazisində yerləşən Fixtel meşələrinə ziyan vura bilər, bu isə, orada yaşayan Sibir xoruzları üçün ölümcül təhlükə daşıyır. MP-ın məlumatına görə, 2010-cu ildə həmin ərazidə yerləşən balıq kürülərinin və tetraquşularının artırma bazalarında təbiət birliyi tərəfindən reyd keçirilmişdi.

Milli Parkın bəzi sahələrində giriş qadağasının ləğvi