Mahir Qabiloğlu — yazıçı, publisist, jurnalist, tərcüməçi.
Həyatı Mahir Qabil oğlu İmamverdiyev (Mahir Qabiloğlu)1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı 190 saylı məktəbdə təhsil alıb. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Müxtəlif illərdə Azərbaycan Yazıçılar Birliyinin "Dədə Qorqud" ensiklopediyasında ədəbi işçi, AzTV-nin "Xəbərlər" redaksiyasında redaktor, "Space" televiziyasının "Hər gün" İnformasiya proqramında redaktor, baş redaktorun müavini, "Xalq qəzeti" qəzetinin Redaksiya Heyətinin üzvü, İnformasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin (2015) və Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür (2017).
Hazırda sərbəst yaradıcılıqla məşğuldur. "Modern.az" saytında və dövrü mətbuatda müəllif-yazar kimi bədii, publisistik yazıları və tərcümələri yayımlanır. Xalq şairi Qabilin 7 cildlik "Əsərlər" külliyyatının tərtibçisi, redaktoru və naşiridir. Prezident təqaüdçüsüdür.
Ailəlidir, iki övladı, beş nəvəsi var.
Əsərləri "Atam Qabilin qəribə əhvalatları" - 2011 "Ərmən-Şuşanikin sevgisi" - 2014 “Cəncəhim” (roman) - 2014 "Alim-Hakim" (miniatür kitab) - 2014 “Qurd yağı” (povest və hekayələr) - 2015 “Sandıq” - 2015 "Əlli yaşında mən..." - 2016 "Leyla Əliyeva "Poeziya" (tərcümə kitabı) - 2016 "Tanınmış tanışlar" - 2018 "İtbaşı" (roman) - 1-ci hissə - 2019 "İtbaşı" (roman) - 2-ci hissə - 2019 "İtbaşı" (roman) - 3-cü hissə - 2020 "İTBAŞI" roman-trilogiya - 2021
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları