Vaqif Bəhmənli (doğum adı: Vaqif İttifaq oğlu Quliyev; 23 may 1955) — Azərbaycan şairi, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB İdarə Heyətinin üzvü, Avrasiya Yazarlar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AYB-nin "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1986-cı il), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimi olmuş, Azərbaycan ədəbiyyatı tarixindən dərs demişdir (2016 - 2021-ci illər). 1990-93-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.
Həyatı
1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1972-ci ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə bitirib. 1972-ci ildə Bakı şin zavodunda fəhlə işləyib. 1973-78-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb, jurnalist ixtisasına yiyələnib.
Fəaliyyəti
Vaqif Bəhmənli Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri (1978-88), “Kommunist” qəzetində şöbə müdiri (1988-1991), “Vətən” Cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), "Bərəkət", (sonradan “Həyat”) qəzetində baş redaktor(1992-1994), “Yazıçı” nəşriyyatında redaktor (1994), Gənclər və İdman Nazirliyində şöbə rəisi (1995-1997), “Ədalət” qəzetində baş redaktorunun birinci müavini (1997-98), “XXI-gənclik dərgisi”ndə redaktor (1998-2000), “XXI — Yeni Nəşrlər evi”nin baş redaktoru (2000), “Mars” dərgisində baş redaktorun müavini (2003), Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri (2003), “Humanitar” qəzetində redaktor (2004), "525-ci qəzet"də (2005) şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri (2006-2016) vəzifələrində çalışıb. Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Azərbaycanda nəşriyyat-poliqrafiya sahəsinin müstəqillik illərində inkişaf etdirilməsində, ədəbi əsərlərin latın qrafikası ilə kütləvi tirajla nəşrə haqzırlanmsında, Beynəlxal Bakı Kitab Sərgi-yarmarkalarının yaradılması və keçirilməsində, "Gənc ədiblər" məktəbinin təşkili və yeni ədəbi qüvvələrin üzə çıxarılmasında, "Qızıl kəlmə" ədəbiyyat mükafatının təsis edilməsində böyük əməyi olmuşdur.
Yaradıcılığı
Şeir və məqalələrdən ibarət 50-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında, ədəbi-elmi konfrans və simpoziumlarda, Beynəlxalq kitab sərgi yarmarkalarında iştirak edib. İlk məqalə və şeirləri 1970-ci ildə Füzuli rayonunda çıxan "Araz" qəzetində işıq üzü görüb. Mərkəzi mətbuatda dərc olunan ilk şeiri "Tumurcuq" adlanır. 1970-ci illərin ortalarından başlayaraq şairin tele və radio ssenariləri əsasında hazırlanmış verilişlər Azərbaycan tele-radio kanalında nümayiş etdirilmiş və səsləndirilmişdir. Azərbaycan taleviziyasında "Gənclik təqdim edir" verilişinin aparıcısı olmuşdur. SSRİ-nin və Azərbaycanın həm ictimai- siyasi, həm də ədəbiyyat qəzet və dərgilərində ("Ədəbiyyat və incəsənət", sonralar "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbeycan", "Göyərçin", "Günəş", "Moskva" (Rusiya), "Kardeş kalemler"(Türkiyə) və s. ardıcıl olaraq çıxış etmişdir. Əsərləri "Azərbaycan", "Yaşıl budaqlar", "Poeziya günü", "Sabir poeziya günü", "Külək qarı səpələr", "Şeir vaxtı", "Azərbaycan ədəbiyyatı antologiyası", Azerbaydjanskaya poeziya"... almanaxlarına daxil edilib.
Vaqif Bəhmənli obrazlı düşüncə şairidir. Türk bədii düşüncəsinin ənənələrinə arxalanmaq, insanın hiss və duyğularını canlandırmaq üçün yeni poetik məqsədlərə sənətkarlıqla cəhd etmək, özünəxas bədii deyim tərzi, güclü kalorit onun yazdıqlarını başqalarından fərqləndirir.Şairin yaradıcılığı haqqında çoxsaylı araşdırmalar aparılmış, güclü ədəbiyyatşünasların qələmə aldıqları məqalələr mətbuatda çap edilmişdir. Əsərləri haqqında Bəxtiyar Vahabzadə, Tofiq Mahmud, Məstan Günər, Cahangir Məmmədli,Nəriman Həsənzadə, Musa Yaqub, Elçin Əfəndiyev, İntiqam Qasımzadə, Vaqif Yusifli, Yaqub Öməroğlu, Ülkü Taşlıova, Nizaməddin Şəmsizadə,Seyran Səxavət, Bədirxan Əhmədli, Nizami Cəfərov, Rahid Ulusel, Tehran Əlişanoğlu, Zakir Fəxri, Qulu Məhərrəmli,Rəşad Məcid, Ağacəfər Həsənli, Tofiq Nurəli, Maarif Soltan, Oqtay Abbas, Kamran Nəzirli, Umud Rəhimoğlu, Mahirə Abdulla, Nərgiz Cabbarlı, Elnarə Akimova, Bəsti Əlibəyli, Esmira Fuad, Təranə Vahid, Nəriman Əbdürrəhmanlı və digər görkəmli ədib və tənqidçilər məqalələr yazmış, rəy söyləmişlər.
Azərbaycan Yazarlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Avrasiya Yazarlar Birliyinin üzvüdür.
Əsərləri italyan, rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü, fransız, fars dillərinə çevrilib. Almaniya, Rusiya, Türkiyə, İngiltərə, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Ukrayna, İran, Belarus, Macarıstan, Latviya, Estoniya, İspaniya, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Udmurtiya (RF), Abxaziya və digər ölkələrdə rəsmi və yaradıcılıq səfərlərində olub.
“Azərbaycan” fotoalbomunun, “Azərbaycan Dövlət Kitabı”nın mətn müəlliflərindən biridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mədəniyyətin inkişafına yönəlik fəaliyyətindən bəhs edən “Vətənin İlhamı — ömürdən reportaj”, ulu öndər Heydər Əliyevin adını əbədiləşdirən ünvanları canlandıran “Heydər Əliyev adına” əsərlərində Vaqif Bəhmənli bu ciddi, həm də çox araşdırılan mövzulara tamamilə yeni nəzər nöqtəsindən baxmışdır.
Ədəbiyyat, sənət və həyat haqqında yüzlərlə ədəbi qeydləri, publisistik araşdırmaları, məqalələri mətbuatda dərc edilib.100-dən çox kitabın redaktoru və tərtibçisidir.
Mükafatları
1986-cı ildə Respublika Komsomol mükafatına, 1989-cu ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına, Azərbaycan Jurnalistlər İttifaqının Fəxri Fərmanına 1989, 2004-də İsa İsmayılzadə adına "İlin ən yaxşı şeiri" mükafatına, Türk dünyası poeziyasına xidmətlərinə görə Şahmar Əkbərzadə adına mükafata (2003), Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına (2005), “Yaddaş” Milli mükafatına, Rəsul Rza adına beynəlxalq mükafata, Əli Kərim adına ən yaxşı poeziya mükafatına, AR Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" ədəbiyyat mükafatına layiq görülmüşdür. Azərbaycan Milli Kitabxanası tərəfindən "Biblioqrafiya"sı hazırlanmış, kitablarından ibarət sərgisi keçirilmişdir. Şairin özünün ifasənda "Səndən özgə" və "Artırma" adlı poeziya albomları müğənni Səyyad Əlizadənin studiyasında işıq üzü görmüşdür. 10-dan çöx şeirinə mahnı bəstələnmişdir. Moskvada, Ankarada, İstanbulda, Ağrıda keçirilən poeziya festivallarının mükafatlarının laureatıdır. 50 və 60 illik yubilyyləri R.Behbudov adını Mahnı Teatrında və Gənc Tamaşaçılar Teatrında dövlət səviyyəsində geniş qeyd edilmişdir.
Ailəsi Yazıçı-publisist Rəhilə Gülgünlə ailəlidir. 3 övladı, 6 nəvəsi var.
Kitabları "Bahar-payız arası" — 1979 "Dünya ayaq üstədir" — 1981 "Bar ver ümid ağacım" — 1983 "Yolum üstə bitən gül" — 1986 "Ömürdən uzun gecə" — 1987 "Volqa İdel boyunca" — ruscadan tərcümə (Tatar yazıçılarının povestləri) — 1989
7."Qırxıncı otaq" — 1990
8."Novruz naxışları" — 1993
9."Parisdə Rus hamamı" I Pyotr haqqında hekayələr — 1994
10. "Dörd divar" — 1996
11."Uzaqda bir işıq" — 200
12."Sevgimə axşam düşür" — 2003
13."Qızıl qala" — 2005
14."Sınıq güzgü" — 2005
15."Dombagözün hekayələri" — 2005
16."Poeziya” - 1 — 2006
17."Poeziya”- 2 — 2006
18. "Poeziya” -3 — 2006
19."Can dəftəri" — 2008
20."Səndən özgə" — 2009
21."Əlifba" — 2009
22."Leyli hasarı" — 2009
23."Azərbaycanın xalq bayramı Novruz" — 2010
24. Lidiya Obuxova "Öncə yer vardı" -Yuri Qaqarin haqqında.
Ruscadan tərcümə — roman — 2010
25. "Vətənin İlhamı" ömürdən reportaj — 2011
26."Hamı" — 2012
27. "Maqomayev planeti" Azərbaycan, ingilis, rus dillərində — 2013
28. "İlin beşinci fəsli - Kamran" — roman — 2013
29. "İşartı" — 2013
30. Azərbaycan memarlığı. R. Əfəndiyeva — rus dilindən tərcümə.2014
31. "Heydər Əliyev adına" — 2013
32. "Artırma" — 2015
33."Belə yaxşıdır" — 2015
34."Beş damla" — şeirlər və poemalar — 2015
35. Bir məktub, dörd söhbət- 2015
36."Vaqif Bəhmənli.Biblioqrafiya" − Milli Kitabxana, 2015
37.Vaqif Bəhmənli. Metodik vəsait". F.Köşərli adına kitabxana.2015
38."Cabbar Qaryağdıoğlu" — 2017
39. "Hüseynqulu Sarabski" −2017, (xanəndə)
40."Hüseynqulu Sarabski" −2017,(aktyor)
41.Qəzənfər Paşayev.FOTODASTAN" — 2017
42."Həyat düşüncələri".Q.Paşayevlə müsahibə-kitab-2017
43."Hüzünlü misralar" −2018, Ankara.
44."Qansız savaş" — 2019
45."Bağlı qapı açaram" - 2021
46."Əsərlər" - 15 cilddə. I c. - 2021.
47."Əsərlər" - 15 cilddə. II c.- 2021.
48."Əsərlər" - 15 cilddə. III c. -2023
49."Əsərlər" - 15 cilddə. IV c. -2023
50."Qarabağın qələmi: AQİL ABBAS. -2023
51."Əsərlər" - 15 cilddə. V c. -2024
52."Əsərlər" - 15 cilddə. VI c. -2024
53."Əsərlər" - 15 cilddə. VII c. -2024
54."Sözün canı-Adil Cəmil." 2024
55."Əsərlər" - 15 cilddə. VIII c. -2025
Poemaları "Çənlibelli Qoç Koroğlu" "Ağ bulaq" Çiyinlər" "Qırxıncı otaq" "Araz səsi" "Çkilməmiş şəkillər" "Diaqnoz" "Yaz naxışları" "Qarabağ qıfılbəndi" "ƏL" "Ana yuxu", "Azərbaycan tarixi kitabı" və s.
İstinadlar
Vaqif Bəhmənli. Səndən özgə (1-ci hissə) Vaqif Bəhmənli. Səndən özgə (2-ci hissə) Vaqif Bəhmənli. Artırma Vaqif Bəhmənli. Anam yuxuma girmir Vaqif Bəhmənli. Üzük Vaqif Bəhmənli. Telefon Vaqif Bəhmənli. Telefon (Tahirə Ağasiyevanın ifasında) Ovqat verilişi. Vaqif Bəhmənli Nizami Cəfərov. Vaqif Bəhmənliyə açıq məktub Vaqif Bəhmənli: “Hətta böyük sevinclərin də əsl adı ağrıdır” Vaqif Bəhmənli dünyasına səyahət Beşin sağ olsun, Vaqif Bəhmənli Əyyub Məmmədov. Hamının şairi Pərvin. Poeziya vurğunlarına Vaqif Bəhmənli töhfəsi Şair Vaqif Bəhmənli ilə söhbət Vaqif Bəhmənli: “Ürəyi quş kimi yüngülləşdirən iki möcüzə var — göz yaşı və şeir” Təranə Vahid. Sözlə şahmat oynayan şair Vaqif Bəhmənli: “Kimə neynəmişəm, halal xoşu olsun”-MÜSAHİBƏ Vaqif Bəhmənli-60 Vaqif Bəhmənliyə həsr olunmuş "Qaranliqda həqiqət" verilişinin ayrıca buraxılışı, İtv- "Gəl qonaq ol", "Səhər sovqatı", Xəzər Tv - "Xəzərin sahilində" və s.
Kateqoriya:Füzulidə doğulanlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:"Rəsul Rza" mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri