300px|thumb|right|Azərbaycan dili dialektləri xəritəsi 300px|thumb|right|Qarabağ ləhcəsi və folkloru haqqında. Ceyhun bəy Hacıbəyli, 1933-cü il 300px|thumb|right|Dağıstanda Aşağı Qatrux ləhcəsində şeirin videosu Azərbaycan dilinin dialektləri — kompakt şəkildə əsasən tarixi Azərbaycan ərazisində yaşayan etnik azərbaycanlıların danışdıqları şivələrin məcmusudur. 2015-ci il etibarilə Azərbaycan dilində danışanların sayı 30 milyon nəfərdən çoxdur.

Məskunlaşma və say

Ana dili olaraq Azərbaycan dilində danışan əhali geniş coğrafiyada kompakt şəkildə məskunlaşmışdır.

İranda 200px|thumb|right|2010-cu ildə İran Mədəniyyət Nazirliyinin həyata keçirdiyi ölkə miqyaslı sorğuya əsasən danışanların ana dili əsasında İran azərbaycanlılarının (Türklərin) məskun olduqları ostanlar və həmin ostanlarda əhali içində nisbətləri.

Şahın xahişi ilə Rusiyadan hərbi məsləhətçi qismində göndərilmiş general–mayor qraf İvan Osipoviç Simoniçin yavəri olaraq 1837–1840-cı illərdə İranda olmuş podpolkovnik İvan Fyodoroviç Blaramberq bu dövlətdə müxtəlif rəsmi və qeyri–rəsmi şəxslərdən duyduğu məlumatları təhlil edir və belə qənaətə gəlir ki, İranın ümumi əhalisi 5 milyon nəfərdən çox deyil.Статистическое обозрение Персии, составленное подполковником И. Ф. Бларамбергом в 1841 году, стр. 22. // Записки Императорского Русского географического общества. Кн. VII. СПб., 1853

Alman əsilli şərqşünas Yulius Sezar Hentşenin 1869-cu ildə istinad etdiyi mənbəni göstərmədən qeyd edir ki, 5 milyon nəfərdən ibarət İran əhalisinin 1 milyon nəfərini türktatarlar, 125 min nəfərini isə türkmənlər təşkil edir.XVII. Specialstatistik von Persien . — Von Dr. Julius Cäsar Häntzsche in Dresden, seiten 431 . // Zeitschrift der Gesellschaft für Erdkunde zu Berlin. Als Fortsetzung der Zeitschrift Für Allgemeine erdkunde im auftrage der gesellschaft herausgegeben von Prof. Dr. W. Koner. Vierter Band. Mit VIII karten. Berlin: Verlag von Dietrich Reamer, 1869, 658 seiten.

Türkmanlar xaric bütün İran türklərini həm də azərbaycanlılar adlandıran, Budapeştdə (Avstriya–Macarıstan) doğulmuş və müasir İran ərazisindən keçərək 1861–1864-cü illərdə Orta Asiyaya səfər etmiş yəhudi əsilli türkoloq və şərqşünas Armin Vamberi 1885-ci ildə nəşr edilmiş "Türk xalqı" kitabında İranda onların sayını 2 milyon nəfər təxmin edir.V. Westtürken. — Iranische Türken oder Azerbaidschaner, seite 593. // Das Türkenvolk, in seinen ethnologischen und ethnographischen Beziehungen geschildert von Hermann Vámbéry. Leipzig: F. A. Brockhaus, 1885, XII+638 seiten.Eyni kitabda (səh. 593) Armin Vamberi Transqafqaziya və İranda yaşayan bütün Azərbaycan türklərini 3 milyon nəfər hesab edir ("…so glaunben wir keinesfalls zu irren, wenn wir die Gesammtzahl der Türken in Iran, wozu der König sammt Familie gehört, auf 2 Millionen, oder unter Hinzurechnung der kaukasischen Azerbaidschaner auf 3 Millionen Seelen veranschlagen."). Rus əsilli şərqşünas və etnoqraf isə iddia edir ki, Vamberiyə görə bu say İran əhalisinin üçdə birinə bərabər idi.Выпускь III и IV. — Отдѣль I. Изслѣдованiя, наблюденiя и рассужденiя. — 3. Замѣтки обь этническомь составѣ тюркскихь племень и народностей и свѣдѣнiя обь ихь численности Н. А. Аристова, стр. 413. // Живая старина: периодiческое изданie отделѣнiя этнографiи Императорскаго Русскаго географическаго общества подь редакцiею Предсѣдательствующаго вь Отдѣленiи Этнографiи В. И. Ламанскаго. Годь шестой: выпускь I–IV . С.–Петербургь: Типографiя С. Н. Худекова, 1896, 542 стр.

Məhəmməd Əmin Rəsulzadə İran türkləri haqqında 1912-ci ildə qələmə aldığı yazılarında qeyd edirdi ki, türklər ən aşağı ehtimalla İran əhalisinin üçdə birini təşkil edirlər.İran türkləri I, səhifə 11. // İran türkləri . Müəllif: Məhəmməd Əmin Rəsulzadə. İşləyib çap edəni: Yadigar Türkel. Bakı: "Təknur", 2013, 100 səhifə. ISBN 9789952445378

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində millət vəkili olmuş və 1920-ci ildən 1971-ci ildə vəfatı tarixinədək Türkiyədə mühacir həyatı yaşamış yazıçı Mirzə Məmmədsadıq Axundzadənin təxmininə görə 1939–1940-cı illərdə təqribən 10 milyonİranın Umumi Nüfusu 10 milyondur, sayfa 11. // İran Türkleri. Yazan: San'an Azer. İstanbul: Cumhuriyet Matbaası, 1942, 44 sayfa . nəfər olan İran əhalisinin 5 milyon nəfərini türklər təşkil edirdi.İran Türkleri. Yazan: San'an Azer. İstanbul: Cumhuriyet Matbaası, 1942, sayfa 12.

Rusiya Elmlər Akademiyasının Asiya Xaqları İnstitutu tərəfindən yayımlanan "Qısa hesabatlar"ın 77-ci buraxılışında nəşr edilmiş S. M. Əliyevin "Müasir İranda milli məsələ"К национальному вопросу в современном Иране. — С. М. Алиев, стр. 45–60. // Краткие сообщения Института народов Азии АН СССР. № 77. Москва: Наука, 1964, 138 стр. məqaləsində olan məlumatlara görəNo. 1. — The Problems of Nationalities in Contemporary Persia, p. 62. // Central Asian Review. Volume XIV . Issued by the Central Asian Research Centre in association with St. Antony's College (Oxford) Soviet Affairs Study Group. Editors: Geoffrey Wheeler, Max Hayward, Harry Willetts. London: The Eastern Press Limited of London and Reading, 1966, 369 pages. general–leytenant Hüseyn Əli Razmaranın (; ) redaktorluğu ilə 1949–1953-cü illərdə nəşr edilmiş 10 cildlik "İranın coğrafi lüğəti"nə (; Fərhəng-i cuğrafiya-yi İran)Nümunə olaraq bax: bəzi cildlər haqqında məlumat əsasən sovet iranşünası G. M. Petrovun () tərtib etdiyi cədvələ görə 18.612.800 nəfər olan İran əhalisinin 4.525.200 nəfərini azərbaycanlılar, 237.800 nəfərini qaşqaylar, 227.600 nəfərini türkmənlər və 97.400 nəfərini əfşarlar təşkil edirdi.No. 1. — The Problems of Nationalities in Contemporary Persia, p. 64. // Central Asian Review. Volume XIV . Issued by the Central Asian Research Centre in association with St. Antony's College (Oxford) Soviet Affairs Study Group. Editors: Geoffrey Wheeler, Max Hayward, Harry Willetts. London: The Eastern Press Limited of London and Reading, 1966, 369 pages. Bu hesablamaya əsasən türkmənlər xaric azərbaycanlı, qaşqay və əfşar kimi ayrıca təsnifləndirilmişlər birlikdə ümumi İran əhalsi içərisində 26,11 %, təkcə azərbaycanlılar kimi təsnifləndirilmiş əhali isə 24,31 % olmuşdur. Qaşqaylar dil olaraq Azərbaycan dilinə olduqca yaxın, İranda yaşayan əfşarlar isə Azərbaycan dilində danışırlar.No. 4. — Persia. Part II, page 419. // Central Asian Review. Volume IV . Issued by the Central Asian Research Centre in association with St. Antony's College (Oxford) Soviet Affairs Study Group. Editors: Geoffrey Wheeler, Max Hayward, Harry Willetts. London: The Eastern Press Limited of London and Reading, 1956, 452 pages.Üçüncü Bölüm: Kafkasya ve İran Türkleri. — III. İran Türkleri. — 2. Kaşkaylar, sayfa 65–66. // Türk Kavimleri. İkinci Baskı. Yazar: Prof. Dr. Ahmet Caferoğlu. İstanbul: Enderun Kitabevi, 1988, 96 sayfa. ISBN 9757658049Большая советская энциклопедия. Третье издание. В 30 томах. Главный редактор: А. М. Прохоров. Том 1: А — Ангоб. Москва: Государственное научное издательство "Большая Советская Энциклопедия", 1969, стр. 277.

Hüseyn Nihal Atsız hesab edirdi ki, 25 milyon nəfər olan İran əhalisinin 12 milyon nəfərini etnik türklər təşkil edir..

Dr. Mustafa Kafalı 1972-ci ildə "Törə jurnalı"nda nəşr edilmiş "Azərbaycan və Azəri türkləri" adlı məqaləsində yazır ki, "İranda təqribən 10 milyon nəfər türk yaşayır ki, onlardan da minimum 6 milyon nəfəri Cənubi Azərbaycanda məskundur".Azerbeycan ve Azeri Türkleri (yazar Dr. Mustafa Kafalı), sayfa 44. // Töre: Aylık Fikir ve Sanat Dergisi. Yıl: 4. Sayı: 16. Devre 2. Sahip ve Neşriyat Müdirü: Emine Işınsu Öksüz. Ankara: Güneş Matbaacılık T. A. Ş., Eylül 1972, 49 sayfa.

Ethnologue 1978-ci ildə gerçəkləşmiş IX nəşrində azərbaycan dilində danışanların sayını 6 milyon nəfəri İranda, 4.38 milyon nəfəri isə Azərbaycan SSR–də olmaqla cəmi 10.38 milyon nəfər təxmin etmişdir.III. Tableaux de statistiques. — Données multinationales, p. 794 . // Composition linguistique des nations du monde. 5. L'Europe et l'URSS. Directeurs de l'edition: Heinz Kloss et Grant D. McConnell. Centre international de recherches sur le bilinguisme. Québec: Les Presses de l'Université Laval, 1984, 862 pages. ISBN 9782763770444

Kolumbiya Universitetinin professoru Şahruğ Arxavi 1980-ci ildə ABŞ-də nəşr edilmiş kitabında Ayətullah Xomeyni ilə Ayətullah Kazım Şəriətmədari arasındakı fikir ayrılığından danışarkən sonuncunun əsli "Azərbaycan türkü" olan, Azərbaycan, Zəncan, Gilan və digər əyalətlərdə yaşayan 14 milyon İranlı tərəfindən dəstəkləndiyini vurğulayır.Chapter Six: The `Ulama, Islamic Government and The Collapse of the Bureaucratic State, page 168. // Religion and Politics in Contemporary Iran: Clergy–State Relations in the Pahlavi Period. Author: Shahrough Akhavi. Albany: State University of New York Press, 1980, XIX+255 pages. ISBN 0873954084

Fransız əsilli türkoloq və şərqşünas Jan-Pol Ruya () görə İran əhalisinin 30%–ini türk dillərində danışan xalqlar təşkil edir.XV. Bölüm. — İran Türkleri, sayfa 461. // (Histoire des Turcs: Deux mille ans du Pacifique à la méditerranée. Librairie Artheme Fayard, 1984–2000) Türklerin Tarihi: Pasifikten Akdenize 2000 Yıl. — Jean-Paul Roux. Çevirenler: Prof. Dr. Aykut Kazancıgil, Lale Arslan–Özcan. İstanbul: Kabalcı Yayınevi, Beşinci Basım, Nisan 2008, 562 sayfa. ISBN 9759970910 Bu xalqlardan ən böyüyü İran əhalisinin 20%–ini təşkil edən azərbaycanlılardır; türkmənlər, qaşqaylar və digər türkcə danışan xalqlar isə ölkə əhalisinin 10%–ni təşkil edirlər. antropologiya üzrə professoru Patrisia C. Higgins () 1984-cü ildə nəşr edilmiş "Müasir İranda azlıq–dövlət münasibətləri" adlı məqaləsində İranda 1956, 1966 və 1976-cı illərdəki siyahıyaalınmalar zamanı əhalinin etnik mənsubiyyəti və ana dili haqqında qeydlərin, həmçinin əhalinin danışdığı dillər haqda rəsmi araşdırmaların olmamasını vurğulayır və bir neçə ikinci dərəcəli mənbəyə əsaslanaraq 1977-ci ildə İranın 33.393 milyon nəfər olan ümumi əhalisindən 9 milyon nəfərini azərbaycanlıların, 400 min nəfərini qaşqayların, 500 min nəfərini isə türkmənlərin təşkil etdiyini təxmin edir.Minority-State Relations in Contemporary Iran (author Patricia J. Higgins). — Table 1. Ethnic groups of Iran, p. 48. // Iranian Studies. Volume XVII, № 1. Published by Taylor & Francis Limited Liability Company on behalf of International Society of Iranian Studies. Winter 1984, VI+148 pages.

İranda əhalinin siyahıyaalınmaları tarixində ilk və hələ ki, son dəfə 1986-cı ildə sorğu anketinə şəxsin fars dilini bilmə səviyyəsi ilə əlaqədar sual daxil edilmişdir.Fascicle 3. — Demography (authors Bernard Hourcade and Daniel Balland), pp. 258–276. // Encyclopaedia Iranica. Volume VI: Coffeehouse–Dara. Edited by Ehsan Yarshater. New York: Bibliotheca Persica Press, 1993, 672 pages. ISBN 9781568590073 Siyahıyaalınmanın yekunlarına görə ölkə əhalisinin 82,70%–i fars dilini bildiyini iddia edirdi.Numéro 638–639. — "La recomposition des identités et des territoires en Iran islamique" (auteur Bernard Hourcade), pp. 511–530. // Annales de Géographie (ISSN: 0003–4010). Tome 113: n°635–640. Paris: Armand Colin, 2004, 664 pages.Volume 2. Dabbagh – Kuwait University. — Iran, page 1111. // Encyclopedia of Modern Middle East & North Africa. Second Edition. Volume 1–4. Editor in Chief: Philip Mattar. Associate Editors: Charles E. Butterworth, Neil Caplan, Michael R. Fischbach, Eric Hooglund, Laurie King–Irani, John Ruedy. Farmington Hills: Gale, 2004, 2936 pages. ISBN 9780028657691

Nəyə əsaslandığını qeyd etməyən alman əsilli türkoloq Gerhard Dörferə görə İran əhalisinin 41%–ni farslar, 29%–ni digər iranlılar (kürdlər, gilanlılar və sairə), 4%–ni ərəblər, 26%–ni isə türklər təşkil edir.