Qafan Hava Limanı () və yaxud Qafan uçuş zolağı — Ermənistan Respublikasının Sünik mərzinin mərz mərkəzi Qafan şəhəri yaxınlığında yerləşən 1991-ci ildən fəaliyyətsiz olan mülki hava limanı.Our Airports: Kapan Airport www.ourairports.com

Yaxın gələcəkdə hava limanının bərpa olunacağı, İrəvan və Batumiyə uçuşların təşkil olunacağı planlaşdırılır.Kapan airport to return to service? 20. dekabr 2013 www.news.am

Tarixi Sovet dövründə istifadəyə verilən hava limanında Qarabağ müharibəsindən öncə Yak-40, An-14 vasitəsilə yerli uçuşlar və yükdaşımalar həyata keçirilirdi. Hava limanının fəaliyyətini dayandırmasının əsas səbəbi Azərbaycan Respublikası sərhədinə yaxın ərazidə Qubadlı rayonu ilə sərhəddə, aktiv müharibə ocağının yaxınlığında yerləşməsi və tez-tez atəşə tutulması idi.Armenia's Southern Kapan airport may restart operations 29. avqust 2013 www.arka.am

1,998×45 m ölçülərində asfalt-beton səthə malik olan hava limanının uçuş zolaqları 12/30 istiqamətindədir.

Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbəri Tatevik Revazyan Qafan aeroportunun 2019-cu ildə açılacağını bildirib. Əsaslı təmir və tikinti işlərinin aparılması üçün Qafan Hava Limanına $2 mln-dan artıq vəsait xərclənib. Lakin 2021-ci ilə kimi aeroport hələ də istifadəsiz qalmaqda davam edir.

İstinadlar

Kateqoriya:Ermənistan hava limanları Kateqoriya:İrəvanda nəqliyyat