Composer — PHPproqramlaşdırma dili üçün yaradılmış çarpaz platformalı paket idarəetmə sistemi. O, PHP tətbiqləri və bu tətbiqlərdə istifadə olunan kitabxanalar üçün asılılıqların idarə olunmasını (dependency management) təmin edir. Composer Nils Adermann və Jordi Boggiano tərəfindən hazırlanmış və ilk versiyası 1 mart 2012-ci ildə yayımlanmışdır. Onun yaradılmasında Node.js-in "npm" və Ruby-nin "bundler" sistemlərindən ilham alınmışdır.
Composer komanda sətrindən işə salınır və tətbiq ilə əlaqəli kitabxanaları həmin tətbiqə quraşdırılır. Əgər quraşdırılan kitabxanaların əlavə asılılıqları varsa, onlar da avtomatik şəkildə qurulur. Bundan əlavə, Composer, Packagist adlı ortaq mənbə vasitəsilə icazə verilən kitabxanaların tətbiqə asanlıqla inteqrasiya olunmasına imkan yaradır. Həmçinin, yüklənmiş kitabxanaların tətbiqdə avtomatik şəkildə yüklənməsi (autoload) üçün də müvafiq infrastruktur təqdim edir.
İstinadlar
Kateqoriya:Paket idarəetmə sistemləri Kateqoriya:2012-ci ildə yarananlar