Oskar Pistorius (22 noyabr 1986, Yohannesburq) — CAR-lı atlet. Hər iki diz nahiyəsində olan protezlərlə qaçır (Oskar Pistorius incik sümükləri olmadan dünyaya gəlib və bu səbəbdən ayaqları amputasiya olunub). 2004, 2008 və 2012 Paralimpiya oyunlarının qalibi. Ülgüclü protezlərlə qaçdığına görə o "Ülgüclü Qaçan" ləqəbi qazanmışdı.
2011-ci il Dünya Çempionatında bayraq yarışında gümüş medalın sahibi olubİki ayağı protez olan idmançı olimpiadada yarışlara qatılacaq.
Beynəlxalq Atletika Federasiyaları Birliyi, Pistoruisun 2008-ci il Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmuşdu. Daha sonra edilən testlər nəticəsində afrikalı atletin London 2012-də mübarizələrə qoşula biləcəyinə qərar verilib.
Beləliklə, Pistorius London Yay Olimpiya Oyunlarında 400 m məsafəyə qaçış uğrunda yarışa qatılmışdır. Burada o 23-cü yeri tutmuşdur.
14 fevral 2013-cü ildə Pistorius Pretoriya şəhərindəki evində sevgilisi CAR-lı fotomodel Riva Stinkampı oğru zənn edərək başından və qolundan odlu silahla vuraraq öldürüb). Riva Stinkampı öldürdüyünə görə Oskar Pistorius beş il müddətinə azadlıqdan məhrum edilmişdir. O həmçinin odlu silahdan istifadə etdiyinə görə üç il şərti cəza almışdır.
İstinadlar
Kateqoriya:Afrikanerlər Kateqoriya:CAR idmançıları Kateqoriya:Yohannesburqda doğulanlar Kateqoriya:2012 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2004 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2008 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2004 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2008 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2012 Yay Paralimpiya Oyunlarında medal qazananlar