Vilyam Marş Rays (; d. 14 mart 1816, Sprinqfild, Massaçusets, ABŞ – ö. 23 sentyabr 1900, Nyu-York, Nyu-York, ABŞ) — ABŞ-nin Massaçusets ştatından olan biznesmen; Rays Universitetinin yaradıcısı.Lamiyə Əliyeva, Dünya universitetləri: Rays Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 17.11.2011, № 45.
Həyatı 14 mart 1816-cı ildə Massaçusets ştatının Sprinqfild şəhərində anadan olmuşdur.
Fəaliyyəti Texas ştatında pambıq satışı ilə məşğul olmuş və nəticədə yüksək məbləğdə vəsait əldə etmişdir.
Təhsilə qayğısı
1891-ci ildə Rays Hyuston şəhərində öz adını daşıyan müstəqil təhsil müəssisəsi yaratmaq qərarına gəlir. Lakin o, 1900-cü il sentyabrın 23-də qəflətən vəfat edir. Ölümündən sonra onun vəsiyyətnaməsi ətrafında mübahisələr yaranır. Sonradan Raysın vəkili Albert Patrikin vəsiyyətnamədə saxtakarlığa yol verdiyi məlum olur və o, həbs edilir. Ali məktəb isə, yalnız 1912-ci ildə yaradılır.
Xatirəsi 1912-ci il sentyabrın 23-də, Raysın ölümünün ildönümündə Rays İnstitutunun Vilyam Marş Rays adına Ədəbiyyat, Dəqiq və Humanitar Elmlərin İnkişafı İnstitutu fəaliyyətə başlamışdır.
1930-cu ildə Rays İnstitutunun hazırda "Lovett Holl" kimi tanınan inzibati binasının yaxınlığında Raysın əyləşmiş şəkildə böyük tunc heykəli qoyulmuşdur.
1960-cı ildə Rays İnstitutu rəsmi olaraq Vilyam Marş Rays Universiteti adlandırılmışdır.
İstinadlar
Kateqoriya:Massaçusetsdə doğulanlar Kateqoriya:Nyu-Yorkda vəfat edənlər Kateqoriya:Rays Universiteti Kateqoriya:Universitet təsisçiləri