Yohan Kroyf Arena () — Hollandiyanın Amsterdam şəhərində yerləşən stadion. Ayaks futbol klubu bu stadiondan istifadə edir. 1997–2007-ci illər arasında Avropa Amerika Futbol Liqası (NFL) komandalarından biri olan "Amsterdam Admiralları" bu stadiondan istifadə edib.
Tarixi Bu stadionun tikilməsi ilk dəfə 1992-ci ildə Amsterdamın Yay Olimpiya Oyunlarına namizəd olduğu zaman gündəmə çıxmışdı. Amma bu haqqı Barselona şəhəri qazandıqdan sonra bu layihə unudulmuşdur. Daha sonra bu layihə yenə gündəmə gəlmiş və 1993-cü ildə stadionun təməli atılmışdır. Kraliça Beatriks stadionun açılışını 14 avqust 1996-cı ildə etmişdir.
Haqqında thumbnail|left|Stadionun loqosu Stadionda futbol və Amerikan futbolu müsabiqələri, konsertlər də keçirilir. İçində həmçinin restoranlar, konfrans otaqları və azarkeşlərin tələblərini ödəyən digər müəssəsələr vardır. Ən əhəmiyyətli xüsusiyyəti damının açılıb-bağlana bilməsidir. Tikilməsinə 96 milyon avro xərclənmişdir. Hazırkı dəyəri isə 140 milyon avro-dur. 2000-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmişdir. Stadionun ot örtüyü fırtına, yağış, qar kimi hadisələrə davamlıdır, amma dam bağlı olduğuna görə gün işığı görməyən otlar hər ay dəyişdirilməlidir. 8 dəqiqə ərzində boşaldıla bilən stadionda siqaret çəkmək qadağandır. UEFA-nın 5 ulduzlu stadionudur. Maykl Cekson, Tina Torner, Devid Boui, Eminem, Robbi Vilyams, Selin Dion ve Madonna kimi müğənnilər burada konsert vermişlər. 1998-ci ildə UEFA Çempionlar Liqasının finalı bu stadionda oynanmışdır. 2005-ci ildə məşhur futbol adamı Rinu Mişelsin ölümündən sonra ölümündən sonra Ayaks azarkeşləri bu stadionun Rinu Mişels stadionu olmasını istəmişdilər.
Avropa çempionatı — 2000 Tarix Nəticə Mərhələ 11 iyun 2000 1–0 D qrupu 18 iyun 2000 1–2 C qrupu 21 iyun 2000 2–3 D qrupu 24 iyun 2000 0–2 ¼ final 29 iyun 2000 0–0 Yarımfinal
Qalereya
İstinadlar
Xarici keçidlər
Rəsmi sayt Ayaks muzeyi Amsterdam ArenA Stadion bələdçisi
Kateqoriya:XX əsr memarlığı Kateqoriya:1993-cü ildə yarananlar Kateqoriya:UEFA Avro 2020 stadionları Kateqoriya:Niderland futbol stadionları