Qazaxıstanın gerbi — 4 iyun 1992-ci ildə qəbul edilib. Gerbin müəllifləri Jandarbek Məlibekov və Şota Vəlixanovdur. Final mərhələsində gələcək gerbin təxminən 245 ideya və 67 təsvir layihəsi iştirak edirdi. 1992-ci ilə qədər, Qazaxıstanın gerbi bütün digər keşmiş müttəfiq sovet respublikalarının gerbinə oxşar idi.

Xülasə Emblem Tibet Yel Atı simvoluna oxşadılaraq, mifik atların qanadlarının köməyi ilə tənzimlənən alaçığın üst hissəsindəki günbəzə oxşar şanırağın ( daha çox rus transkripsiyası ilə təsadüf olunur) təsviridir. Emblemin dairə forması həyat və əbədiyyət rəmzidir. Şanıraq ailə rifahı, sülh və əmin-amanlıq rəmzidir.

Qazax şanırağına oxşar dizayn qonşu ölkə olan Qırğızıstan bayrağında istifadə edilir. Şanıraq Qırğızıstanda tündük kimi də tanınır.

Qazaxıstan Respublikasının milli emblemi iki rəngdən ibarətdir: qızılı və mavi. Qızılı rəng Qazax xalqının işıqlı, aydın gələcəyinə uyğundur, mavi rəng isə sülh, həmrəylik, dostluq və birliyi təcəssüm etdirir.

Ölkənin adı qazax dilində () gerbin aşağı hissəsində təsvir olunub.

Həmçinin bax Qazaxıstan SSR gerbi Qazaxıstan bayrağı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qazaxıstanın dövlət rəmzləri Kateqoriya:Dövlət emblemləri Kateqoriya:Dövlət gerbləri