Villard Kristofer Smit kiçik () — tanınmış Amerika aktyoru.
Forbes jurnalının versiyasına görə, Hollivud ulduzları arasında ən çox qazanan aktyor Vill Smitdir. Onun illik qazancı 80 milyon dollar təşkil edir. Smiti "Hollivudun ən zəhmətkeş aktyoru" adlandırırlar. Aktyora isə ötən il ən çox şöhrət qazandıran Varner Brosun "Mən əfsanəyəm" filmi olub. Smit cari ildə Hollivudun özünəməxsus rekordunu müəyyənləşdirib. O, hər birinin xəzinə yığımı 100 milyon dolları keçən 8 filmdə çəkilib. Hollivud milyonçularının siyahısında ikinci yerdə "karib piratı" Conni Depp gəlir.
Həyatı Vill Smit səhnədən getməyə hazırlaşmasa da, artıq özünə varis hazırlayıb. Onun varisi oğlu Ceyden olacaq. "Xoşbəxtlik axtarışında" filmində onunla tərəf-müqabili olan oğlu yenidən atası ilə "Nyutonun qanunu" filmində rol alacaq. Filmin prodüseri Vill Smitin özüdür. Ceyden atasının prodüser olduğu filmdə məktəb ekskursiyasından sonra qapalı elmi mərkəzə düşən istedadlı gənc ixtiraçı obrazını canlandıracaq. Filmin premyerası 2009-cu ilə planlaşdırılıb.
Filmoqrafiya Pis oğlanlar (1995) Qara geyimli adamlar (1997) Vəhşi, vəhşi, Vest (1999) Bager Vansın əfsanəsi (2000) Əli (2001) Qara geyimli adamlar-2 (2002) Pis oğlanlar-2 (2003) Cersidən olan qız (2004) Mən əfsanəyəm (film, 2007)
İstinadlar
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Sezar mükafatı laureatları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:ABŞ rejissorları Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:Interscope Records artistləri Kateqoriya:Columbia Records artistləri Kateqoriya:RCA Records artistləri Kateqoriya:ABŞ mesenatları Kateqoriya:ABŞ repçiləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:ABŞ hip-hop prodüserləri Kateqoriya:Şərq Sahili hip-hop musiqiçiləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:XXI əsr ABŞ repçiləri Kateqoriya:XX əsr ABŞ repçiləri