Yunıy boğazı () - Komsomoles (ada)sını Pioner adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Uzunluğu 60 km ,eni 4–24 km , dərinliyi 220 m təşkil edir. Sahilləri sıldırımlı və qayalıdır, buzla örtülüdür. Boğazda Paputnıy, Kaplya, Buyan və Povaratnıy adaları vardır. Sahillərində Festivalnıy , Otkrıtıy (Komsomoleç), Ojıdannıy və Xolmıstıy (Pioner) burnuları vardır. Boğaza İlistaya çayı axır . Boğaz 1932-ci ildə əraziyə təşkil edilən ekspedisiya zamanı sovet gənclərinin şərəfinə adlandırılmışdır.

İstinad

Kateqoriya:Şimal Buzlu okeanının boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Rusiya boğazları Kateqoriya:Kara dənizi boğazları Kateqoriya:Şimal Torpağı arxipelaqının boğazları