Mahmudov Murad Piri oğlu (Murad Köhnəqala; ) — Azərbaycan şairi, publisist.
Həyatı Murad Köhnəqala 1959-cu il oktyabrın 15-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir. Tovuz rayonu 1 saylı toxumçuluq sovxozunda fəhlə işləmişdir (1976-1977). Ordu sıralarında xidmət etmişdir (1977-1979). Tərxis ediləndən sonra Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində zərgər Sərdar Sultanovun şagirdi olmuşdur. Tovuz şəhər təmir-tikinti sahəsində fəhlə (1980-1982), Bakı şəhər metro tikintisində fəhlə (1983-1988) işləmişdir.
Yaradıcılığı 1980-ci illərdən mətbuatda öz şerlərini vaxtaşırı çap etdirir. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir (1985-1990). Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor işləmişdir (1991-1992). Bir vaxt "Yol" qəzetinin təsis etdiyi "Altun Ay" mükafatına layiq görülmüşdür (1992). Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist olmuşdur. Sonra Sibirdə, Uzaq Şərqdə yaşamışdır (1993-1996). Bakı İncəsənət mərkəzinin şeir şöbəsində çalışmışdır. 1994-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olsa da, sonradan öz ərizəsilə üzvlükdən çıxıb. Azad Yazarlar Ocağı adlı ədəbi təşkilatın yaradıcısı olub. Müstəqil media orqanlarında bədii və publisistik yazılarla çıxış edir.
Kitabları "Alma əhvalatı" "Bulud pinəçisi" Nizami Cəfərovla türk dünyasına səyahət / M. Köhnəqala, Ş. Göytürk.- Bakı: AzAtaM: Elm və Təhsil, 2015.- 120 s. "Yuxularım" "Amurun hekayələri"
Mükafatları "Altun Ay" mükafatı — 1992
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunları