Uluabat gölü, Apolyont gölü və ya Öke gölü — Türkiyənin Bursa ilində, Mustafakamalpaşa ilçəsində yerləşən göl. Cənubi Mərmərə bölgəsində, Bursa şəhər mərkəzindən 34 km uzaqlıqdadır. Sahəsi 13.500 hektardır. Dəniz səviyyəsindən 9 m hündürlükdədir.
Mustafakamalpaşa çayı ilə bəslənir və Uluabat dərəsi ilə Susurluq çayına qarışır. Dayaz göldür.
Yaranması
Göl tektonik fəaliyyətlər nəticəsində ortaya çıxmışdır. Göl şimaldan Neogen dövrünə aid alçaq təpələrlə, cənubdan isə Yura dövründən qalma alçaq dağlarla əhatə olunmuşdur. Uluabat gölünün ətrafında Paleozoik dövrə aid qədim süxurlar da vardır.Hayati Doganay, Türkiye Turizm Coğrafyası , 3. basım, Çizgi Kitabevi, 200.
Xüsusiyyətləri
Gölün orta dərinliyi 2,5 metrdir. Ən dərin yeri isə Halilbəy adasının yaxınlığındakı 10 metrlik çuxurluqdur.. Dayaz göl hesab olunur. Hətta bəzi yerlərdə dərinlik 1-2 metrə çatır.
Uzunluğu 23-24 metr, genişliyi 12 km-dir.
Sahəsi 135 km2-dir. Yağışlardan sonra gölün sahəsi bəzən 160 km2-ə çata bilir. Göldə kiçik adacıqlar da vardır. 8 ada içərisində ən böyüyü Halilbəy adasıdır. Heybəli ada və Qız adası göldə əhəmiyyətli adalardandır.
Gölün dibi palçıqlıdır.
Su ehtiyatı
Gölün ən əhəmiyyətli mənbəyi Mustafakamalpaşa çayıdır.
Gələn sular
Mənbə Maks. Hm3/il Min. Hm3/il Ort. Hm3/il Mustafakamalpaşa çayı 2413,45 25,14 1550,68 Yağış 120,32 71,65 92,72 Göl ayağı 227,31 25,14 97,58
Çıxan sular
Səbəb Maks. Hm3/il Min. Hm3/il Ort. Hm3/il Göl ayağı 2531,8 392,37 1553,2 Buxarlaşma 195,48 162,56 176,2 Sulama 17,78 6,5 11,53
Heyvanlar
Quşlar
Bu göldə 1996-cı ilin yanvarında 429.423 su quşu sayılmışdır. Bu say 1970-ci ildən sonra Türkiyədə bir göldə ən böyük saydır.
Əsas növlər (1996-cı il yanvar):
Növ SayBöyük qarabatdaq 600 Alaca vağ 60 Ərsindimdiklər 150 Kiçik qarabatdaq 1078 Qıvrımlələk qutan 136 Qırmızıbaş qaraördək 42.500 Kəkilli qaraördək 13.600 Adi qaşqaldaq 321.550
Gölün sahilində dünyada nsəli kəsilmək üzrə olan Clupeonella abrau muhlisi növü yaşayır.
Balıqlar Göldə 21 növ balıq yaşayır.
İstinadlar
Xarici keçidlər Meşə Nazieliyi http://www.bursa.bel.tr/hizmetler/sayfa/703 http://www.bursacevreorman.gov.tr/uluabat.htm
Kateqoriya:Türkiyə gölləri Kateqoriya:Türkiyədə Ramsar yerləri Kateqoriya:Türkiyənin Əhəmiyyətli Quş Bölgələri