Klivlend Klinikası — ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yerləşən xəstəxana.
Haqqında Klivlend Klinikası 1921-ci ilin fevralında 4 Klivlend həkimi tərəfindən yaradılmışdır. Bu xəstəxana 2014-cü ildə "U.S. News & World Report" jurnalı tərəfindən ABŞ-də ilin ən yaxşı 4 xəstəxanasından biri seçilmişdir. Klivlend Klinikası kardiologiya və kardio-cərrahiyyə üzrə Amerika Birləşmiş Ştatlarında 1 nömrəli xəstəxana hesab edilir.
Klivlend Klinikasının məşhur pasiyentləri olmuşdur: Uels şahzadəsi Çarlz, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev, Səudiyyə Ərəbistanının keçmiş kralı Xalid ibn Əbdüləziz, ABŞ siyasətçisi Bob Doul, Türkiyənin keçmiş maliyyə naziri Kamal Unakıtan, Nyu Cersi ştatının keçmiş qubernatoru Con Korzin, aktyor Robin Vilyams, boksçu Evander Holifild, boks promouteri Don Kinq və s.
Heydər Əliyev və Klivlend Klinikası Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev Klivlend Klinikasında bir neçə dəfə müalicə almışdır. 1999-cu ildə o, həkimlərin məsləhəti ilə Klivlend Klinikasında əvvəlcə müayinədən keçmiş, sonra isə onun ürəyində cərrahiyyə əməliyyatı aparılmışdır. 2000-ci ilin sentyabr və 2002-ci ilin fevral aylarında H. Əliyev yenidən Klivlend şəhərinə yola düşmüş və Klivlend Klinikasında müayinədən keçmişdir.
Sonuncu dəfə Heydər Əliyevin vəziyyəti 2003-cü ilin aprel ayında Cəmşid Naxçıvanski adına hərbi litseyin məzunları qarşısında çıxış edərkən pisləşdi. Bir müddət o, Bakıda öz fəaliyyətini davam etdirsə də, səhhəti ona normal işləməyə imkan vermədi. Səhhətinin pisləşməsi nəticəsində H. Əliyev iyulun 8-də tibbi müayinədən keçmək üçün Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasına, avqustun 6-da isə müalicə və müayinəsini davam etdirmək üçün Ankaradan ABŞ-nin Klivlend şəhərinə yola düşdü. 2003-cü ilin oktyabrında o, öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüş və Klivlend Klinikasında səs vermişdir. 2003-cü il dekabr ayının 12-də Bakı vaxtı ilə saat 19.00-da Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərinin tibb klinikasında Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əlirza oğlu Əliyev uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.
İstinadlar
Həmçinin bax Klivlend Ohayo Heydər Əliyevin ölümü və dəfni
Xarici keçidlər ANS YAYIM VƏ MEDİA ŞİRKƏTİNİN ƏMƏKDAŞI MİRŞAHİN AĞAYEVƏ ABŞ-nin KLİVLEND ŞƏHƏRİNDƏN TELEFONLA MÜSAHİBƏ Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ANS Telekanalının baş redaktoru Mirşahin Ağayevə müsahibəsi — Klivlend şəhəri, 19 fevral 2002-ci il Ilham Aliyev Visits His Father in Cleveland Mir Şahin Ağayevin "Klivlənd" filmi
Kateqoriya:1921-ci ildə yarananlar Kateqoriya:ABŞ xəstəxanaları Kateqoriya:Kardiologiya