Sırxavənd oymağı — Kolanı elinin qollarından biri.
Tarixi
Sırxavənd adını Surxay və vənd pəsvəndindən (şəkilçisindən) alıb. Kolanı elinin qollarından biridir. Qarabağ xanlığında Kolanı mahalında yaşam sürürdü.
İbrahim xanın dövründə oymağın başçısı Bayraməli bəy Sırxavənd idi. 1823-cü ildə obanın yüzbaşısı Mərdan bəy Sırxavənd olmuşdu.
Kirmanşahda yaşayan Səncabi elinin də Sırxavənd adlı tayfası var.
Ən yeni dövr Qarabağ müharibəsinin iştirakçısı, yazıçı–jurnalist Vüqar Əsgərovun "Sinəmdə yurd dağı var" adlı kitabı Sırxavənddə doğulan "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmiş Məmmədov Bilal Əhliman oğlunun həyat və qəhrəmanlıqlarla dolu döyüş yollarından bəhs edirVüqar Əsgərov, "Sinəmdə yurd dağı var" Bakı, "Araz" nəşriyyatı. 2012.. Kitabda həmçinin Aran Qarabağla Dağ Qarabağın "sərhəddi" olan qədim Sırxavənd kəndinin düşmənə sinə gərən şəhid övladlarının qəhrəmanlıqlarından da söhbət açılırSərxan Gündoğan. "Qarabağa qayıdan yol yaddaşdan keçir", Bütöv Azərbaycan qəzeti, №01(177), 9-15 yanvar 2013-cü il..
Həmçinin bax Sırxavənd
Mənbə Ənvər Çingizoğlu, Kolanı eli, Bakı: Mütərcim, 2015, 320 səh.
İstinadlar
Kateqoriya:Azərbaycan oymaqları Kateqoriya:Sırxavənd