Vampirin gündəlikləri teleserialının IV mövsümünün çəkiləcəyi CW tərəfindən 3 may 2012-ci ildə, serialın üçüncü mövsümünün başa çatmasından yeddi gün əvvəl elan edilmişdir. Üçüncü mövsümdən fərqli olaraq, böyük TV şoularla rəqabətdən qaçınmaq üçün dördüncü mövsüm sentyabrda yox, 11 oktyabr 2012-ci ildə efirə verilmişdir. Serialın digər mövsümlərindən fərqli olaraq, dördüncü mövsüm 22 yox, 23 seriyadan ibarətdir. İkinci mövsümün finalında öldürülən Metyu Devisdən başqa (o, iki, iyirmi iki və iyirmi üçüncü seriyalarda qonaq aktyor olmuşdur), əvvəlki mövsümlərdə iştirak etmiş bütün aktyorlar bu mövsümdə seriala qayıtmışdır.
11 yanvar 2013-cü ildə İlk doğulmuş vampirlərin keçmişindən bəhs edən və "Vampirin gündəlikləri" serialının spin-offu (törəmə) olan “İlk doğulmuşlar” serialının da çəkiləcəyi elan edilmişdi. 26 aprel 2013-cü ildə CW TV “İlk doğulmuşlar”ın tam mövsümü əhatə edəcək serial olacağını və növbəti payızda efirə veriləcəyini açıqlamışdı.
11 fevral 2013-cü ildə CW TV "Vampirin gündəlikləri" teleserialının beşinci mövsümünün çəkiləcəyini elan etmişdi. İstehsal
3 may 2012-ci ildə CW TV "Vampirin gündəlikləri" serialının dördüncü mövsümünün çəkiləcəyini elan etmişdi. Digər mövsümlərdən fərqli olaraq dördüncü mövsüm 11 oktyabrdan efirə verilmişdi. Kevin Vilyamson, Culi Plek, Lesli Morgenşteyn və Bob Levi dördüncü mövsümün əsas icraçı prodüserləri olmuşlar. Dördüncü mövsümün finalı 16 may 2013-cü ildə olmuşdur.
Aktyor seçimi Dördüncü mövsümün əsas ulduzları Yelena Gilber və Ketrin Pirs obrazlarını canlandıran Nina Dobrev, Stefan Salvatore rolunda Pol Uizli, Stefan Salvatore rolunda Yan Somerhalder, Ceremi Gilbert rolunda Stiven R. MakKuin, Boni Bennet rolunda Kat Qrehem, Keralayn Forbs rolunda Kendis Akkola, Met Donovan rolunda Zak Roeriq, Tayler Lokvud rolunda Maykl Trevino, Klaus rolunda Cozef Morqan, Rebeka rolunda Klayr Holtdur.
7 avqust 2012-ci ildə Foebe Tonkin və Todd Vilyamsın müvəqqəti obrazları canlandırmaq üçün, dördünü möcsümdə seriala qoşulacaqları elan edilmişdi. Foebe Tonkin Taylerin rəfiqəsi olan canavar adam Heylini canlandırmışdı. Todd Vilyams isə vampir ovçusu olan Konnor rolunu oynamışdı.
Olimpiya gimnastı Qebbi Duqlas “Qardaşımın mühafisəçisi” seriyasında Mistik Fols Gözəllik Yarışması səhnəsində könüllü dekorator kimi çalışmışdır. CW TV-nin saytında yayımlanmış müsahibədə Duqlas çəkiliş prosesindən təəssüratlarını bölüşmüşdür.
On üçüncü seriyada çəkilmiş Çarli Byuli vampir ovçusu Von obrazını, Kamilla Quati isə Professro Şeynin ölmüş arvadı Keytlini canlandırmışdır.
2013-cü ilin fevralında Daniella Pinedanın “lk doğulmuşlar” adlı iyirminci seriyada cadugər Sofi rolunu canlandıracağı elan edilmişdi. Planlaşdırılan “İlk doğulmuşlar” serialına keçid rolunu oynayan bu seriyada əsas hadisələr Nyu Orleanın Fransız Məhəlləsində baş verir.
Rollarda Əsas rollar Nina Dobrev - Yelena Gilbert (23 seriya), Ketrin Pirs (7 seriya + 1 seriyada yalnız səsi), Saylas (1 seriya) Pol Uizli - Stefan Salvatore (23 seriya), Saylas (8 seriya) Yan Somerhalder - Deymon Salvatore (23 seriya), Saylas (1 seriya) Stiven R. Makkuin - Ceremi Gilbert (17 seriya), Saylas (1 seriya) Ketrin Grehem - Boni Bennet (18 seriya) Kendis Akkola - Keralayn Forbs (19 seriya), Saylas (2 seriya) Zak Roerig - Mett Danovan (17 seriya), Saylas (1 seriya) Maykl Trevino - Tayler Lokvud (12 seriya + 1 seriyada yalnız səsi)/ Klaus (1 seriya) Cozef Morqan - Klaus Mayklson (19 seriya), Saylas (1 seriya)
Köməkçi rollar
Klayr Holt - Rebeka Mayklson (18 seriya), Saylas (1 seriya) Devid Eplay - Professor Attikus Şeyn (12 seriya), Saylas (2 seriya) Qreys Fipps - Eypril Yanq (10 seriya) Fobe Tonkin - Heyli Marşal (8 seriya) Syuzan Valters - Karol Lokvud (10 seriya) Torri DeVitto - Meredit Fell (9 seriya) Marqarit Makİntir - Elizabet Forbs (7 seriya), Saylas (1 seriya) Çarli Byuli - Qalen Vaun (5 seriya) Daniel Gilles - Elayca Mayklson (4 seriya) Todd Vilyams - Konnor Cordan (7 seriya) Rik Uorti - Rudi Hopkins (5 seriya) Nataniel Buzoliç - Kol Mayklson (5 seriya) Ariell Kebbel - Leksi Brenson (4 seriya) Jasmin Qay - Şeyla Bennett (4 seriya)
Qonaq aktyorlar
Mett Devis - Alarik Zoltsman (3 seriya), Saylas (1 seriya) Torri DeVitto - Meredit Fil (3 seriya) Alisa Diaz - Kimberli (4 seriya) Pol Telfer - Aleksandr (3 seriya) Reymond Skott Parks - Saylas (3 seriya) Ceyson Spaysak - Saylasın səsi (3 seriya) Persia Vayt - Ebbi Bennett (5 seriya)
Seriyalar SerialdaNo. MövsümdəNo. Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsal kodu ABŞ izləyiciləri(milyon) DVR göstəriciləri
No. Ad Efir tarixi 18–49 reytinq (Live + SD) İzləyici(milyon) artımı Ümumi 18-49 artım Ümumi izləyicilər(milyon) İst.1 "Keçid dövrünün çətinlikləri" 1.6 0.95 2.1 4.43 2 "Xatirə" 1.3 1.33 1.9 4.24 3 "Çıxış" 1.3 1.54 2.0 4.41 4 "Beşlər" 1.5 1.20 2.1 4.47 5 "Qatil" 1.5 1.05 1.9 4.07 6 "Hər birimiz bəzən bir az xam oluruq" 1.3 1.19 1.7 4.03 7 "Qardaşımın mühafizəçisi" 1.4 1.43 2.1 4.29 8 "Bizim həmişə Burbon küçəmiz vardı" 1.2 1.21 1.8 3.63 9 "Biz hamımız sadiqik" 1.3 1.51 2.0 4.3210 "Xüsusi məktəbdən sonra" 1.4 1.26 2.0 4.2111 "Bacarsan tut məni" 1.3 1.46 2.0 4.1712 "Qətli görmək" 1.3 1.17 1.9 3.7313 "Vəhşi şəraitdə" 1.1 1.60 1.8 4.1014 "Dovşan yuvasına doğru" 1.0 1.84 1.8 4.1515 "Mənimlə qal" 1.3 1.57 2.0 4.4816 "Onu gətir" 1.1 1.16 1.8 3.6017 "Çünki gecədir" 1.3 1.21 1.9 3.8618 "Amerikan qotikası" 1.2 1.23 1.8 3.69 19 "Sənin şəkillərin" 1.0 1.14 1.6 3.28 20 "İlk doğulmuşlar" 1.0 1.34 1.6 3.58 21 "O, könlünü açır" 1.0 1.30 1.6 3.47 22 "Yeriyən ölü" 1.0 1.36 1.6 3.6423 "Buraxılış" 1.1 1.23 1.7 3.47
İstinadlar
Xarici keçidlər Vampirin Gündəlikləri serialının seriyaları IMDb-də.
Həmçinin bax Vampirin gündəlikləri
Kateqoriya:Vampirin gündəlikləri Kateqoriya:2012-ci il ABŞ televiziya mövsümü Kateqoriya:2013-cü il ABŞ televiziya mövsümü