Cənab Qəddar () 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Viktoriya ştatının Melburn şəhərinin şimal və şərq ətraflarında üç qıza hücum edən naməlum avstraliyalı uşaq təcavüzkarının adıdır. Həmçinin 1991-ci ildə dördüncü qız Karmein Çanın oğurlanması və öldürülməsində əsas şübhəli şəxsdir. 2016-cı ilin aprelində, Karmein Çanın ölümündən iyirmi beş il sonra, Viktoriya ştatının polisi cinayətkarın müəyyənləşdirilməsinə kömək edəcək məlumat üçün mükafatı 100.000 Avstraliya dollarından 1.000.000 Avstraliya dollarına qədər artırdı.

İstinadlar

Həmçinin bax Karmein Çan

Kateqoriya:Qətl Kateqoriya:Avstraliya cinayətkarları Kateqoriya:Avstraliya qatilləri Kateqoriya:Pedofiliya