Aleksandr Valteroviç Litvinenko (; ) — Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş casusu.
Həyatı Litvinenko Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenatı rütbəsi ilə istefaya çıxdıqdan sonra Putin hakimiyyətinin ən fəal tənqidçisinə çevrilmişdi. 2000-ci ildə təqiblərdən qurtulmaq üçün Böyük Britaniyaya mühacitər edən keçmiş xüsusi xidmət orqanlarının zabiti "FTX Rusiyanı partladır" adlı kitabında 1990-cı illərin sonunda Rusiyanı bürüyən terror aktlarını məhz Federal Təhlükəsizlik Xidmətinin törətdiyini bildirirdi. Onun fikrincə, məsuliyyəti çeçen mücahidlərinin üstünə atılan bu terror aktları Vladimir Putini hakimiyyətə gətirmək üçün planlaşdırılmışdı. 2006-cı il noyabrın 1-də Londonda görüş keçirdiyi dostu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Luqovoy tərəfindən zəhərlənmişdi.
Həmin il noyabrın 23-də London xəstəxanalarından birində vəfat edib. Onun ölümünə səbə olan "Polonium-210" elementi adətən nüvə yanacağının hazırlanmasında istifadə olunur və çox güclü şüalanma təsirinə malikdir. Ölümündən əvvəl İslamı qəbul etmişdir.
İstinadlar
Həmçinin bax Boris Nemtsov Anna Politkovskaya Boris Berezovski
Kateqoriya:FTX əməkdaşları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Rusiya müsəlmanları Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Vladimir Putinə müxalifət Kateqoriya:Çeçen müharibələrinin iştirakçıları Kateqoriya:Siyasi mühacirlər