Mosul Muzeyi () — İraqın Mosul şəhərində yerləşən, ölkənin ikinci ən mühüm muzeyidir. Muzeyin əsası 1952-ci ildə qoyulmuşdur.ISIS destroys Mosul museum, smashing ancient statues ., rudaw.net. 26 fevral 2015, İstifadə tarixi: 26 fevral 2015. 2003-cü il İraq müharibəsi zamanı muzey ciddi talana məruz qalmışdır.Mosul descends into chaos as even museum is looted . The Guardian. April 12, 2003Unesco inspection finds no evidence of recent looting in Northern Iraq The Art Newspaper

Müharibədən sonra bərpa edilmiş muzey 2014-cü ildə yenidən açılmış, lakin, 2014-cü ildə Mosulun İraq Şam İslam Dövlətinin nəzarətinə keçməsi ilə muzey də ekstremist-islamçıların əlinə keçmişdir. İslamın dini qaydalarını əsas gətirdiyini iddia edən İŞİD muzeydə saxlanan dəyərli tarixi eksponatları məhv etmişdir.Christopher Dickey, "ISIS Is About to Destroy Biblical History in Iraq," , The Daily Beast, July 7, 2014. İstifadə: 28 fevral 2015 26 fevral 2015-ci ildə İŞİD dəyərli artefaktların məhv edilməsini əks etdirən video yaymışdır.

Daiş muzeyin atrefaktlar anbarını "divan zəkat" ofisi, yəni döyüşçülərindən vergi toplamaq üçün yer kimi işlədirdi.

2017-ci ildə İraq qoşunları Mosul şəhərini geri alıblar. Verilən təsvirə görə, muzey zədələnmişdi. Ehtimal olunub ki, bəzi artefaktları Daiş tərəfindən oğurlanıb satılmışdı, bəziləri isə (bəzən qəsdlə) zədələnmiş və ya məhv olunmuş idi.

İstinadlar

Ədəbiyyat Directorate-General of Antiquities: Mosul Museum. Government Press, Bagdad 1958. Ministry of Culture & Guidance Directorate-General of Antiquities: Guide book to Mosul Museum. 2. Aufl., Government Press, Bagdad 1965. Roger Atwood: Stealing History. Tomb Raiders, Smugglers, and the Looting of the Ancient World. St. Martin's Press, New York 2004, ISBN 9780312324063. Lawrence Rothfield: The Rape of Mesopotamia. Behind the Looting of the Iraq Museum. University of Chicago Press, Chicago 2009, ISBN 9780226729435.

Kateqoriya:İraq muzeyləri Kateqoriya:Mosul Kateqoriya:1952-ci ildə yarananlar Kateqoriya:İŞİD tərəfindən dağıdılmış bina və tikililər Kateqoriya:İraqdakı arxeologiya muzeyləri