Tamilla Əbdürrəhman qızı Seyidova — Azərbaycan rəssamı. O, 2018-ci ildə "Azərbaycanın əməkdar rəssamı" adına layiq görülmüşdür. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Həyatı 1963-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, 1969-cu ildə Sankt-Peterburqda Rəssamlıq İnstitutunu bitirib.

"Bakının səhəri", "Şah İsmayıl Xətai" əsərləri Dövlət İncəsənət muzeyində saxlanılır. "Qarabağ şikəstəsi" 10 tablodan ibarət silsilə əsərlərin müəllifidir. Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanın əməkdar rəssamları