Hekate boğazı ( - Hayda-Quani və materikdən (Britaniya Kolumbiya) ayırır. Dikson-Entrans boğazını Şahzadə Şarlota körfəzi ilə birləşdirir. Ən enli hissədə eni 140 km, ən dar yerdə isə 48 km təşkil edir. Boğazın uzunluğu 260 km-dir. Ən dərin yeri 45 m olaraq şimalda yerləşir. Qışda havası çox sərt və soyuq olur. Burada güclü dalğalar müşahidə edilir. Tufanlar və küləklərin sürəti 46 km/s-a çatır. Boğazın suları dəniz məhsulları ilə zəngindir. Bölgədə hayda xalqı yaşayır. Onlar bu əraziyə 6-8 min il bundan əvvəl gəlmişdir. Avropalıların bura ilk gəlişi ispan araşdırmaçısı Xasinto Kaamano () tərəfindən 1792-ilə təsadüf edilir. Onun adı isə 70 il sonraya qoyulur. Kapitan Henri Riçards onu öz gəmisinin şərəfinə adlandırırlar. Gəmi 1861 - 1868-ci illərdə Sakit okeanın Şimali Amerika sahillərini tətqiq etmişdir.
Mənbə Xekate boğazı
Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Şimali Amerika boğazları Kateqoriya:Britaniya Kolumbiyasının boğazları Kateqoriya:Kanada boğazları