Brent borosu () — Londonun 32 borosundan biri. Böyük Londonun şimal-qərbində yerləşir və sahəsi 43,24 km²-dir. 1965-ci ilədək London qraflığına daxil olmayan Kənar Londonun bir hissəsi olmuş, 1 aprel 1965-ci ildə yaradılmışdır. 2011-ci ilin məlumatına görə əhalisi 312 200 nəfər olmuşdur. Adını boronun ərazisindən keçən Brent çayından almışdır. Tarixi Middlseks qraflığının ərazisi olmuşdur.

Brent şimal-qərbdə Harrou, şimal-şərqdə Barnet, Hammersmit və Fulhem, cənubda Kensinqton və Çelsi, həmçinin Vestminster borosu ilə həmsərhəddir.

Barnet borosunun ərazisində məşhur Uembli stadionu yerləşir.

Tarixi Boro 1965-ci ildə Uembli və Uillesden rayonlarının birləşdiriməsi hesabına yaradılmışdır.

İstinadlar

Xarici keçidlər Rəsmi veb-saytı

Kateqoriya:London boroları Kateqoriya:1965-ci ildə yaranmış dövlətlər və ərazilər