Naftali Herts İmber və ya Naftali Zvi İmber (, id. נפתלי הערץ אימבער, ukr. Нафталі Герць Імбер; ) — İsrailin rəsmi dövlət himni olan Hatikvanın sözlərini yazan ukrayna yəhudisi sionist şair.

Həyatı Naftali 1856-cı ildə Avstriya imperiyasının Qalisiya bölgəsinin Zlokjov şəhərində (Ukraynanın indiki Zoloçiv şəhərində) anadan olmuşdur. 10 yaşından şeir yazmağa başlayan Naftali Bukovina bölgəsinin imperiyaya qatılmasının 100 illiyi münasibətilə yazdığı şeirinə imparator Frans Jozef tərəfindən mükafatlandırılmışdır. Gəncliyində Macarıstan, Serbiya və Rumıniya kimi ölkələri ziyarət etmişdir.

1882-ci ildə məşhur ingilis yazıçısı Lorens Olifantın katibi kim Fələstinə köçmüşdür. Yerusəlimdə ilk genişhəcmli əsəri olan "Səhər ulduzu"nu (, Barkay) nəşr olunmuşdur. Kitabında Rumıniyanın Yaş şəhərində yazdığı "Ümidimiz" ("Tikvateynu") adlı şeiri də vardı. Bu şeir ilk əvvəl siyonistlərin marşı ikən daha sonra İsrailin dövlət himni Hatikva oldu.

1887-ci ildə Avropaya geri qayıdan Naftali Londonda yaşamış və Hindistana səyahət etmişdir. 1892-ci ildə ABŞ-yə köçmüşdür. "Avara, əyyaş və yəhudi" şair adlandırılan Naftali ən sevdiyi yunan tanrılarının Heba (gənclik ilahəsi) və Dionis olduğunu demişdir. Ciddi hadisələrə rişxəndlə yanaşarmış. Ömər Xəyyamın əsərlərini ivrit dilinə tərcümə etmişdir. Həyatını 1909-cu ildə Nyu Yorkda spirtli içkilər üzündən itirmişdir və nəşi 1953-cü ildə Yerusəlimə gətirilmişdir.

İstinadlar

Kateqoriya:1856-cı ildə doğulanlar Kateqoriya:Nyu-Yorkda vəfat edənlər Kateqoriya:Yəhudi şairlər