Qori qəzası (, gür.: g.ə. გორის მაზრა / l.ə. qoris mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qori şəhəri idi. Tarix 30Qriqori təqviminə əsasən; Yuli təqvimi ilə 18 dekabr. dekabr 1800-cü ildə Kartli–Kaxetiya krallığının Rusiya İmperiyasına birləşdirilməsindən və 18Qriqori təqviminə əsasən; Yuli təqvimi ilə 6 mart. mart 1801–ci ildə ləğvindən sonra bu krallığın ərazilərini əhatə edən Gürcüstan quberniyası tərkibində, 24Qriqori təqviminə əsasən; Yuli təqvimi ilə sentyabrın 12-sində. sentyabr 1801-ci ildə təşkil edilmişdir.Акты, собранные Кавказской Археографической комиссией. Архив главного управления наместника Кавказского. Том I . Напечатан под редакцией, представителя комиссии ст.сов. Адольфа Петровича Берже. Тифлис. Типография Главного Управления Наместника Кавказского. 1866 год. Оглавление: Часть вторая: V. Вступление Грузии в Русское подданство и учреждение в ней правительство: 550. Постановление внутреннего в Грузии управления, Высочайше утвержденное в 12-й день сентября 1801 года , в Москве, стр. 437 Əhali
1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car–Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş–Pşav–Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi.О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 139. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car–Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842–ci ildə, şəhər yerlərində 1848–ci ildə, ümumən Car–Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844–cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı.О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 140. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр. Beləliklə, həmin məlumatlara əsasən Qori qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 36.409 nəfər əhali yaşayırdı. Qeydlər
İstinadlar
Kateqoriya:1801-ci ildə yarananlar Kateqoriya:Gürcüstan quberniyasının qəzaları Kateqoriya:Gürcüstan-İmeretiya quberniyasının qəzaları Kateqoriya:Tiflis quberniyasının qəzaları Kateqoriya:Gürcüstan tarixi Kateqoriya:Qori qəzası