Varşava gettosu üsyanı (; ; ) - 1943-cü ilin 19 aprel tarixində Varşava şəhərində yerləşən Varşava gettosunda yəhudilər tərəfindən başladılmış üsyan. Üsyan 1 aya yaxın davam etmiş 16 may tarixində Üçüncü Reyx əsgərləri tərəfindən yatırılmışdır.

Hadisələr İkinci Dünya müharibəsi ərzində yəhudilər tərəfindən təşkil edilmiş ən böyük silahlı toqquşmalardan biri kimi tarixə keçmişdir. İlk günlərdə gettoya nəzarəti itirən nasistlər 4 həftə davam edən silahlı toqquşmardan sonra üstünlüyü yenidən ələ almağı bacarmışdır. Varşava gettosu üsyanı nəticəsində gettoda yaşayan 56 min yəhudi öldürülmüş, 7 mini isə edam edilmək üçün Treblinka ölüm düşərgəsinə göndərilmişdir. Hadisələr nəticəsində ümumilikdə 71 min insan həlak olmuşdur.

Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Polşada qətliamlar Kateqoriya:1943-cü ildə Almaniya Kateqoriya:1943-cü ildə Polşa Kateqoriya:1943-cü ildəki hadisələr Kateqoriya:Almaniya İkinci Dünya müharibəsində Kateqoriya:Almaniyanın döyüşləri Kateqoriya:Böyük Vətən müharibəsi Kateqoriya:Holokost Kateqoriya:İkinci Dünya müharibəsinin müqavimət hərəkatları Kateqoriya:Nasizm Kateqoriya:Polşa yəhudiləri Kateqoriya:Şəhər döyüşləri Kateqoriya:Son müdafiə Kateqoriya:Varşava gettosu üsyanı