Paşa xan Əminülmülk () — İranın ədliyyə naziri.

Həyatı Paşa xan Əminülmülk Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Nasirəddin nirzənin yanında Təbrizdə xidmət etmişdi. Şahzadə Kamran mirzənin hamisi, lələsi olmuşdu. Kamran mirzə 1861-ci ildə Paşa xan Əminilmülkün himayəsində, Tehran hakimi Firuz mirzə Nüsrətüddövləni əvəz etmişdi.

Nasirəddin şah Paşa xanı 1871-ci ildə Qacarlar dövlətinin Böyük Şurasına rəis təyin edir. Əminülmülk 1872-ci ilədək bu quruma rəhbərlik edir.

Paşa xan Əminülmülk bir müddət Qacarlar dövlətinin ədliyyə naziri olmuşdu.

Paşa xan Əminülmülk 1873-cü ildə Rey şəhərində vəfat edib.

Ailəsi Paşa xan Əminülmülk Möhsün xanın ana babasıdır. Mirzə Əli xanın qaynatasıdır.

Xarici keçidlər

Kateqoriya:İranın ədliyyə nazirləri Kateqoriya:Xoyda doğulanlar

fa:پاشاخان امین‌الملک