Mahir Zeyn (; 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır.
Karyerası
Əsas Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir.Entertainment (2011-08-10). Maher Zain's Hip but Pious Soundtrack to the Arab Spring . The Atlantic retrieved 10 October 2011
2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır.Eena Houzyama (2010-10-11). Thank God for Maher Zain . The Malay Mail, retrieved 10 October 2011 İsveçə etdiyi səfərlərdən birində İslamiyyətə bir daha bağlanmış və musiqi prodüserliyindən imtina edərək ilahi tərzində R&B söyləməyə qərar vermiştir.Maher Zain . IslamicLyrics Website, retrieved 10 October 2011
Müvəffəqiyyətə sıçrayış Mahir Zeyn 2009-cu ilin yanvar ayında Awakening Records ilə ilk albomu üçün işlərə başlamışdır. Thank You Allah () adlı albomu zərb versiyalarının da daxil olduğu ikisi bonus mahnıdan ibarət on beş mahnıyla 1 noyabr 2009-cu ildə satışa çıxmışdır. Qısa müddət sonra da bəzi parçalarının Fransız versiyaları yayımlanmıştır.Music & Festivals Maher Zain Interview . Time Out Beirut, retrieved October 14, 2011
Mahir və Awakening Records Facebook, YoutubeAdmin (2010-11-16). Muslim Singer Maher Zain . NXT News, retrieved October 14, 2011 və iTunes kimi media vasitələrindən istifadə edərək albomun təqdimatını etmişdir.Lisa Siregar (2011-05-02). A Portrait of the Artist As a Young Muslim . Jakarta Globe, retrieved October 14, 20112011-08-26 Being pious in the heat of modernity. New Straits Time, retrieved October 14, 2011 2010-cu ilin əvvəllərində musiqisi olduqca böyük maraq doğurmuş və internet vasitəsilə çox sayda izləyici qazanmıştır.Sundus Awan (Transcribed) 2010-11-29. Maher Zain Interview . The Muslim Youth Voice Website, retrieved October 14, 2011 2010-cu ilin sonunda Malayziyada Google axtarış saytında ən çox axtarılan məşhur ad olmuştur. Malayziya eyni zamanda Mahir Zeynin təqdimatlarını ən uğurlu keçirdiyi ölkə hesab edilir. Thank You Allah albomu 2010-cu ilin ən çox satılan albomu olması səbəbiylə Warner Music Malaysia tərəfindən 8 platin val ilə mükafatlanıdırılmışdır.News Summary (January 2011). Awakening artist Maher Zain receives 8 platinums . Awakening Worldwide retrieved October 14, 2011 2011-ci ildə isə, Thank You Allah albomu İndoneziyada Sony Music Indonesia tərəfindən ikiqat platin val ilə mükafatlanıdırılmışdır.
Mahir əsas olaraq İngiliscə mahnı oxuyur, ancaq sonradan populyar mahnılarını başqa dillərdə də ifa etmişdir. Mahnılarından biri olan "Insha Allah"ın məsələn; Hazırda ingilis, fransız, ərəb, türk, malay və İndoneziya versiyaları mövcuddur. Bir digər mahnısı olan "Allahi Allah Kiya Karo" (), Urduca ifa edilir və ifa edənlərdən biri də Pakistan təvəllüdlü Kanadalı müğənni İrfan Məkkidir. Mahir həmçinin İrfan Məkkinin ilk albomu olan "I Believe" () adlı albomunda eyni ada malik olan musiqi parçasında yer almışdır.I Believe Lyrics . IslamicLyrics Website, retrieved October 18, 2011
Əməkdaşlıq, çıxışları və mükafatlar 2010-cu ilin yanvar ayında, Mahir Zeynin "Ya Nabi Salam Alayka" adlı mahnısı Yaxın Şərqin ən böyük radiosu olan Nujoom FM tərəfindən "Ən Yaxşı İlahi" mükafatına layiq görülmüşdür. Bu uğurla Mahir Sami Yusif, Hüseyn əl-Cismi və Məhəmməd Munir kimi digər məşhur müğənniləri də geridə qoymuşdur.News Summary (January 2010). Maher Zain wins Nugoom FM's Best Song Award . Awakening Worldwide, 2 Eylül 2011 tarihinde erişilmiştir.
Mahir Zeynin 2011-ci ilin martında çıxmış "Freedom" adlı musiqisində Ərəb baharı ilə əlaqədar məqamlar vardır.
Mahir Zeyn 2011-ci ildə onislam.net saytı tərəfindən "Müsəlman ulduz" adına layiq görülmüşdür. 2011-ci ilin iyulunda isə İngiltərədə nəşr olunan müsəlman həyat tərzi jurnalı olan Emel tərəfindən jurnalın həmin ay sayının üz qapağı olmuşdur.Issue 82 (July 2011). Maher Zain digital issue — OUT NOW! The Emel Website, retrieved 18 October 2011
Mahir Zeyn İrfan Məkkinin ilk albomu olan "I Believe" adlı albomunda eyni ada malik olan musiqi parçasında yer almışdır.I Believe Lyrics . IslamicLyrics Website, retrieved 18 October 2011
Mahir Zeyn Insya-Allah adlı İndoneziya TV dramının 40 epizodunda yer almışdır. Şou Malayziyanın peyk kanallarından; Astro Oasis və Mustika HD, 17 iyul 2012 tarixindən etibarən isə İndoneziyanın SCTV kanalında yayımlanmağa başlanmışdır.Maher Zain bintangi sinetron Harian Metro retrieved 26 June 2012
Mahir Zeyn 2013-cü ildə Fətullah Gülənin əsərləri əsasında hazırlanmış mahnılardan ibarət "Colors of Peace" layihəsində iştirak etmiş və burada "This Worldly Life" mahnısını ifa etmişdir.Radikal: Barış için müzikal birlik (In Turkish)Zaman Online: Savaşın karşısına Hocaefendi’nin şiirlerinden oluşan albümle çıktılar (In Turkish)
Diskoqrafiyası
Albomlar İlAlbom haqqındaSertifikatlar(Satış miqdarı)2009Thank You Allah Çıxış: 1 noyabr 2009 Studiya: Awakening Records Format: CD 8x Platin, Warner Music MalaysiaMaher Zain receives 8 platinums in Malaysia Awakening Worldwide, retrieved January 2011 2x Platin, Sony Music Indonesia2012Forgive Me Çıxış: 2 aprel 2012 Studiya: Awakening Records Format: CD 4x Platin, Warner Music Malaysia2016One Çıxış: 6 iyun 2016 Studiya: Awakening Records Format: CD, Digital Download-
Videoqrafiya 2009: "Palestine Will Be Free" 2010: "Thank You Allah (Alhamdulillah)" 2010: "Insha Allah" 2010: "Allahi Allah Kiya Karo (Canlı)" 2010: "The Chosen One" 2011: "Freedom" 2011: "Ya Nabi Salam Alayka" 2011: "For the Rest of My Life" 2012: "Number One For Me" 2012: "Forgive Me" 2012: "Open Your Eyes" 2012: "So Soon" 2013: "Love Will Prevail" 2013: "Ramadan" 2014: "Muhammad (Pbuh)" 2014: "Nas Teshbehlana" 2014: "One Day" 2015: "A'maroona A'maloona" 2016: "I am Alive" (Atif Aslam ilə) 2016: "By my Side" 2016: "Paradise" 2016: "Peace Be Upon You" 2016: "The Way of Love" (Mustafa Ceceli ilə) 2017: "Close to You" 2017: "Assubhu Bada" (Ərəbcə الصبح بدا) 2017: "Kun Rahma" (Ərəbcə كن رحمة) Duet 2011: "I believe" (İrfan Makki & Mahir Zeyn) (İrfan Makkinin "I Believe" albomunda) 2011: "Never Forget" (Mesut Kurtis & Mahir Zeyn) (Mesut Kurtis "Beloved" albomunda) 2014: "So Real" (Raef & Mahir Zeyn) (Raef "The Path" albomunda) 2014: "Eidun Saeed" (Mesut Kurtis & Mahir Zeyn) (Mesut Kurtis "Tabassam" albomunda)
Xeyriyyə fəaliyyəti 2013-cü ildə Filippindəki qasırğa qurbanlarına ianə köməyi üçün Kanadada Islamic Relief tərəfindən təşkil olunmuş turda iştirak etmişdir. Zeyn Suriya xalqına yardım məqsədiylə Birləşmiş Krallıqda Human Appeal International tərəfindən təşkil olunmuş "Sound of Light" tədbirində çıxış etmişdir. Həmçinin Zeyn öz mahnısı "Love will prevail"i (ərəb və ingiliscə ifa olunub) Suriyalılara həsr edib. Zeyn öz ad gününü 3,9 milyon Facebook fanları ilə, onlardan ABŞ kökənli xeyriyyə təşkilatının Afrikada su çənlərinin tikilməsi üçün maddi yardım etmələrini xahiş edərək qeyd etmişdir. Onun fanları bir neçə həftə ərzində 15.000 $-dan çox pul ödəmişlər. Zeyn Londonda Fələstinlilər üçün olan mitinqdə minlərlə iştirakçıların yanında İsrail ordusunun Qəzzadakı hadisələrinə son verməsi üçün səsləndi. Zeyn 2014-cü ilin avqustunda "The Great Wall of China Trek 2014"-də Human Appeal-ın iştirakı ilə 10 gün Qəzzadakı uşaqların içməli su ilə təmin olunması üçün humanitar yardımın yığılmasında iştirak etmişdir. Zeyn 2014-də növbəti təlimi Nansen Refugee Award Ceremony-də UNHCR (Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı) ilə Livana Suriya qaçqınları ilə vaxt keçirməyə və UNHCR-nın sərhəddəki işlərini görmək üçün getmişdir. Zeyn Cenevrədə Batiment des Forces Motrices üçün mükafatlandırma mərasimində qaçqınlar haqqında "One day" mahnısını səsləndirmişdir.
Şəxsi həyatı Mahir Zeyn 2009-cu ildə ailə həyatı qurmuşdur.
İstinadlar
Xarici keçidlər