Sent-Endryus Universiteti () — Şotlandiyanın ən nüfuzlu və tanınmış ali məktəblərindən biri. Şotlandiyanın Fayf vilayətinin Sent-Endryus şəhərində yerləşir. Şotlandiyanın birinci, Böyük Britaniyanın isə Oksford və Kembric universitetlərindən sonra üçüncü ən qədim təhsil ocağıdır.
Məşhur məzunları Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Jan Pol Marat – Fransız siyasətçi, tibb doktoru və alim; Edvard Cenner – İngilis alimi və həkim; II Ceyms – Şotlandiya kralı; Şahzadə Uilyam – Kembric hersoqu, şahzadə Çarlz və Diananın oğlu; Ketrin Middlton – Kembric hersoginyası, şahzadə Uilyamın həyat yoldaşı; Aleks Salmond – Şotlandiyanın baş naziri və Şotland Milli Partiyasının lideri; Con Soers – Böyük Britaniyanın BMT-dəki sabiq səfiri; Ceyms Vilson – ABŞ Müstəqillik Bəyannaməsini imzalayan şəxslərdən biri; Ceyms Qrem – görkəmli Şotlandiya sərkərdəsi; Ceyms Blek – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı; Volter Hevort – kimya üzrə Nobel mükafatı laureatı; Alan MakDiarmid – kimya üzrə Nobel mükafatı laureatı; Con Neypir – riyaziyyatçı, loqarifmin ixtiraçısı.
Mənbə Lamiyə Əliyeva, Dünya universitetləri: Sent-Endryus Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 19.08.2011, № 32.
Xarici keçidlər
Kateqoriya:Şotlandiya universitetləri Kateqoriya:1410-cu ildə yarananlar