"Yaxınlaşan fırtına" və ya "Tufanın qopması" (, ), () — 1865-ci ildə fransız rəssamı Qüstav Kurbe tərəfindən yağlı boya texnikası ilə pezaj üslubunda çəkilmiş bir mənzərə tablosu. Tablonun ölşüləri 146,7 × 230,8 sm-dir..Hyuston İncəsənət muzüyində sərgilənən bu əsəri muzeyə Kerolayn Viss Lou () hədiyyə etmişdir.

Süjeti Tablo Qüstav Kurbenin ölçücə ən böyük peyzajı sayılır. Əsərin yuxarı sol küncündə qara bulud axını seyr edilməkdədir. Qopmaqda olan tufan palıd ağacının budaqlarını əyərək sanki qayalıq torpaqdan onu kıkündən qoparmağa hazırlaşır. Ola bilsin ki, tablonun mənzərəsi Fransanın Fontenblo meşəsindən seçilmişdir. Ön plandan sanki yumuşaq günəş şüaları dağ yamacını işıqlandırır.

İstinadlar

Mənbələr

Kateqoriya:Qüstav Kurbenin rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər