Zakir Bəkir oğlu Qaralov () — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikasının Baş prokuroru (2000–2020), I dərəcəli dövlət ədliyyə müşaviri (2002).

Həyatı Zakir Bəkir oğlu Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstan SSR-nin Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981–2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi Nəzarət İdarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləmişdir.

25 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Azərbaycan Respublikasının Baş prokuroru olmuşdur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir (2002). Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

Təltif və mükafatları Azərbaycan Respublikası prokurorluq orqanlarının inkişafında xidmətlərinə görə 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə, 29 sentyabr 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı ilə, 13 yanvar 2016-cı ildə isə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan Respublikasının Baş prokurorları Kateqoriya:Əlifba sırasına görə prokurorlar Kateqoriya:Gəncə şəhərinin prokurorları Kateqoriya:Sabunçu rayonunun prokurorları Kateqoriya:Nəsimi rayonunun prokurorları