Xaçatur Abovyan (; ) — erməni yazıçı, XIX əsrin milli ictimai xadimi, müasir erməni ədəbiyyatının banisi, pedaqoq

Həyatı Xaçatur Abovyan ilk əvvəl Eçmiədzin monastırında təhsil almış, sonra Tiflis ruhani məktəbində oxuyub yenə Eçmiədzinə geri qayıtmışdır. O, 24–25 yaşına qədər monastır mühitindən uzaqlaşmağa macal tapmır, buna görə də təhsilini davam etdirə bilmirdi. Və yalnız bir təsadüf nəticəsində Eçmiədzindən yaxa qurtarmağa nail olur. Ədib o dövrdə Ermənistana gəlmiş bir professorun sayəsində Derpt universitetinə oxumağa gedir. Təhsilini başa vurduqdan sonra o, milli maarifi inkişaf etdirmək, ədəbiyyatı xalqa yaxınlaşdırmaq üçün vətəninə qayıtsa da, burada müqavimətə rast gəlib Tiflisə getməli və orada işləməli olur. Tələbəlik illərində o, şeirlərini qədim dildə yaradır, rus, Avropa klassiklərini də o dilə tərcümə edirdisə, sonralar bunun səhv olduğu qənaətinə gəlir və sonrakı bütün əsərlərini erməni dilində yazmağa başlayır.

O, müəllim, şair və bir vəkil idi. Müasir erməni ədəbiyyatının atası olaraq tanınmışdır.

Yaradıcılığı Xaçatur Abovyan mühüm tarixi və tərbiyəvi əhəmiyyəti olan sənət abidələri qoyub getmişdir. Onun "Naxaşaviğ" (Əlifba) kitabı özünün sağlığında, məşhur "Ermənistanın yaraları" romanı isə ölümündən sonra dərc edilmişdir. Bundan əlavə, onun xeyli şeiri, həmçinin, "Türk qızı" hekayəsi, əsərləri də vardır. X. Abovyan əsərlərində demokratik fikirlər irəli sürür, yoxsul kütlənin mənafeyini müdafiə edir, cəhalətə və nadanlığa qarşı mübarizə aparırdı. O, bürokratizmə, köhnə təlimçilərə və İran müstəbidlərinin zülmünə qarşı çıxırdı. Abovyanın ən dəyərli əsəri "Ermənistanın yaraları" romanıdır (1840). Erməni ədəbiyyatında bu əsərin əhəmiyyəti çox böyükdür. Bu roman ilk realist romandır və canlı danışıq dilində yazılmışdır. Bunu ədib oxuyacaq olan hər bir sadə vətəndaşın anlaması üçün bu cür tərtib etmişdir. Buna görə də, əsər dil materialı cəhətdən ləhcə əsasında yazılıb. "Ermənistanın yaraları" romanının forma və xüsusiyyətlərinə gəldikdə, Mikael Nalbandyanın qeyd etdiyi kimi, hadisələrin inkişafı cəhətdən əsərin əvvəli ilə axırı qərb romanlarında olduğu kimi təzahür etmir. "Ermənistanın yaraları" dedikdə, müəllif qeyri-konkret bir müddətdə Ermənistanın başına gələn bəlalardan, xarici basqınların zülmündən, əzablardan danışmışdır. Roman xalq müsibəti cəhətdən tipik olan bir hadisə ilə başlayır. Həmin hadisə sayəsində yerli camaat ilə İran sərdarları arasında olan konfliktlərin iç üzü açılır.

Deyimləri "Bizim xalq danışıq dilində nəinki azərbaycanca ancaq ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri işlədir".Х.Абовян, Полное собрание соч., V том, Ереван, Изд. АН Арм. 1950. (erməni dilində) Bizim yeni dilimizin (aşxarabar – İ. A.) yarısı türk (Azərbaycan – İ. A.) və fars sözləridir. …onların dili bizim millətin ağzına o qədər dadlı gəlmişdir ki, ermənilər öz dillərini buraxıb nəğmə, nağıl, zərb-məsəlləri türkcə (azərbaycanca – İ. A.) deyir, səbəbi? Çünki buna adət etmişlər

Əsərləri Х.Абовян, "Раны Армении", Ереван, 1939. (erməni dilində) Х.Абовян, Нахашавиг, Ереван, 1940. (erməni dilində) Х.Абовян, Полное собрание соч., V том, Ереван, Изд. АН Арм. 1950. (erməni dilində)

Ədəbiyyat Kamran İmanov, "Армянские ина(о)родные сказки", Bakı, 2008 İsrafil Abbaslı, "Азербайджанские истины в армянских источниках", Bakı, 2008 Xəlilov Pənah İmran oğlu — SSRİ xalqları ədəbiyyatı. I hissə.- Bakı: Maarif, 1975.

İstinadlar

Kateqoriya:Ermənilər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Ermənistan pedaqoqları Kateqoriya:Ermənistan yazıçıları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:İtkin düşənlər