Bıçaq Mekki haqqında ballada (, ) — sözləri Bertolt Brextə, bəstəsi isə Kurt Yulian Vayla məxsus populyar ballada. Ballada əsasən Bertolt Brextin “Üç qəpiklik opera” pyesi üçün nəzərdə tutulmuşdur. 31 avqust 1928 ci ildə pyesin ilk tamaşasından sonra ballada məşhurlaşmış və günümüzə qədər bir çox ifaçıların repertuarlarında yer tutur. “Üç qəpiklik opera” Bıçaq Mekki haqqında ballada ilk dəfə “Üç qəpiklik opera” tamaşasında ifa edilmişdir. Moritat — bu orta əsrlərə aid bir ballada növü olub, ozanlar tərəfindən oxunardı. Mori “öldürücü, ölümcül”, Tat isə “fəaliyyət, əməl” deməkdir. “Üç qəpiklik opera” tamaşasının əvvəlində küçə xanəndəsinin dili ilə baş qəhrəman — Bıçaq Mekki tamaşaçılara təqdim edilir. Bu personaj Con Qeyin “Dilənçi opera”sındakı quldur Makxita obrazının yenidən işlənmiş versiyasıdır. Pyesin qayəsi cəmiyyətin aşağı təbəqəsindən olan cinayətkar vasitəsilə hökuməti və kübar cəmiyyətini ələ salmaqdır. Mətni almanca (orijinal) ingiliscə (tərcümə) azərbaycanca (tərcümə) Und der Haifisch, der hat Zähne Und die trägt er im Gesicht Und Macheath, der hat ein Messer Doch das Messer sieht man nicht.
An ’nem schönen blauen Sonntag Liegt ein toter Mann am Strand Und ein Mensch geht um die Ecke Den man Mackie Messer nennt.
Denn die einen sind im Dunkeln Und die andern sind im Licht Und man siehet die im Lichte Die im Dunkeln sieht man nicht And the shark, it has teeth, And it wears them in the face. And Macheath, he has a knife, But the knife can't be seen.
On the sidewalk, one Sunday morning Lies a body, oozin' life Someone's sneaking 'round the corner Could that someone be Mack the knife
There are some who are in darkness And the others are in light And you see the ones in brightness Those in darkness drop from sight Köpəkbalığının dişləri Açıq-aşkardır ağzında Makxitanın bıçağı var Amma bıçaq görünməzdir
Gözəl, mavi bazar günü Strenddə sərilmiş bir cəsəd Elə bu dəm küncdən çıxır Bıçaq Mekki adlı bir kəs.
Çünki kimi zülmətdədir Və kimisə işıqlıqda Və işıqlıqda görünür Zülmətdəsə görünmür.
Populyarlığı Lui Armstronqun ifasında 1954 cü ildə ABŞ-də xit-parada daxil olur və #20 mövqeyini tutur. 2001 ci ildə mahnısını Robbi Vilyams özünün albomuna salır.
Kateqoriya:XX əsrin mahnıları Kateqoriya:Bertolt Brext Kateqoriya:1959-cu ilin sinqlları