Alberta Universiteti () və ya qısaca U of A və ya UAlberta — Kanadanın Alberta əyalətinin Edmonton şəhərində yerləşən və əyalətin ən qədim ali təhsil ocağı. Kanadanın ən böyük universiteti olmaqla yanaşı, həm də ən nüfuzlu təhsil ocaqlarından biridirKanadanın Alberta Universitetinin əməkdaşı BDU-nun qonağı olub . bsu.edu.az, 10.10.2013 .
Tarixi left|thumb|Universitetin qədim binalarından biri 1906-cı ildə yeni Qanunvericilik iclasının birinci sessiyasında Alberta əyalətinin Edmonton şəhərində universitet yaradılması haqqında qanun qəbul edilir. Ali məktəbin təsisçiləri onu Amerika ştat universitetlərinə bənzər formada yaratmaq niyyətində idilər. Yeni universitetin yaradılmasında Albertanın ilk baş naziri Aleksandr Kameron Rezerford"A Gentleman of Strathcona – Alexander Cameron Rutherford", Douglas R. Babcock, 1989, The University of Calgary Press, 2500 University Drive NW, Calgary, Alberta, Canada, və professor Henri Marşall Torinin böyük rolu olur"Henry Marshall Tory, A Biography", originally published 1954, current edition January 1992, E.A. Corbett, Toronto: Ryerson Press, . Henri Marşall Tori Alberta Universitetinin ilk prezidenti təyin edilir. 1908-ci ildə ali məktəb müvəqqəti olaraq bir sıra binaları icarəyə götürür və fəaliyyətə başlayır; bu zaman ərzində də universitetin ilk binası tikilir.
XX əsrin əvvəllərində ali təhsil ənənəvi ilahiyyat, hüquq və tibb təhsili çərçivəsindən kənara çıxır.
Alberta Universiteti ilk elmi dərəcəsini 1912-ci ildə vermiş"All True Things: A History of the University of Alberta, 1908–2008", Rod Macleod, The University of Alberta Press, 2008, ISBN 978-0-88864-444-2 və Genişləndirmə şöbəsini açmışdır.
1927-ci ildə Alberta Universitetinin radiostansiyası fəaliyyətə başlamışdır. thumbnail|Alberta Universiteti 1929-cu ildə 1929-cu ildə universitetdə Təhsil (Pedaqogika) fakültəsi açılır. 1932-ci ildə universitetin genişləndirmə fakültəsi çərçivəsində Banff Təsviri İncəsənət Məktəbi yaradılmışdır.
1966-cı ildə Alberta Universitetində magistr proqramı tətbiq edilir. Həmin dövrdə universitetlər çərçivəsində fəaliyyət göstərən əyalət kollecləri muxtariyyət qazanır. Alberta Universitetinin 1945-ci ildən Kalqari şəhərində fəaliyyət göstərən filialı 1966-cı ildə muxtariyyət əldə edir və Kalqari Universiteti adlandırılmışdır.
1969-cu ildə Alberta Universiteti nəşriyyatı açılır.
1976-cı ildə mühəndis-memar Ruvim Vande-Kraats universitetin Elm və İncəsənət Məktəbinə yeni dizayna malik tikinti kompleksi artırmaq qərarına gəlir.
2004-cü ildə Kamrouz şəhərində yerləşən Auqustana Universitet Kolleci Alberta Universiteti ilə birləşir və Auqustana kampusu yaradılmışdır.
Kampusları thumbnail|Universitet kampusu qarın yağmasından sonra Alberta Universiteti bu kampuslarından ibarətdir: Əsas (Şimal) kampus; Auqustana kampusu; Sen-Jan kampusu; Cənub kampus; Kalqari Universitet Mərkəzi; Müəssisə Meydanı kampusu.
Əsas kampus Əsas kampusun digər adı Şimali kampusdur. "Günəşli Alberta"nın mərkəzində - Edmonton şəhərində Şimali Saskaçevan çayının cənub sahilindədir. Kampus 92 hektar ərazidə yerləşir və 90 binadan ibarətdir. Burada universitetin inzibati binaları və bir sıra fakültələri cəmləşib. Əsas kampusun planı memar Barton Mayers tərəfindən hazırlanıb.
Auqustana kampusu Auqustana kampusu Edmonton şəhərindən 100 km cənub-şərqdə, Kamrouz şəhərində yerləşir. Kampusda Təsviri incəsənət, Humanitar, Dəqiq və ictimai elmlər departamentləri, eləcə də tibb bacısı fakültəsi yerləşir. Bu kampusda güclü əcnəbi tələbə kontingenti mövcuddur. Auqustana kampusunda idman konfransları keçirilir, burada universitetin müxtəlif idman komandaları, "Auqustana vikinqləri" kimi tanınan Alberta Kollecləri Atletika və Kanada Kollecləri Atletika assosiasiyaları fəaliyyət göstərir. Hər il kampusda Şimali Amerika və Avropa komandaları arasında "Vikinq Kuboku" adlı hokkey yarışı keçirilir.
Sen-Jan kampusu Sen-Jan kampusu Alberta Universitetinin fransızdilli şəhərciyidir və əsas kampusdan 5 km şərqdə Bonni Dun rayonunda yerləşir. Hazırda yeni laboratoriya və müəssisələrin açılması ilə bağlı kampusun ərazisi genişlənməkdədir. Kampusda fransız və ingilis dillərində dəqiq elmlər, təsviri incəsənət və dillər, ictimai elmlər, ətraf mühitin mühafizəsi və ekologiya elmləri, maşınqayırma, tibb bacısı, menecment sahələri, eləcə də incəsənət (Kanada tədqiqatları) və təhsil (pedaqogika) üzrə magistr proqramları tətbiq edilir.
Cənub kampusu Cənub kampus əsas şəhərcikdən 2 km cənubda Makkernan-Belqravia və Sautqeyt stansiyalarının arasında, Fut sahəsi və Sevill İdman Mərkəzinin yaxınlığında yerləşir. 25 aprel 2009-cu ildə burada Edmonton Tranzit Sisteminin (dəmiryolu, tramvay xətti) bir hissəsi kimi Cənub kampusu stansiyası istifadəyə verilib. Kampusun yeni estetik binaları, geniş sahədə salınmış yaşıllıqlar bu şəhərciyi digərlərindən fərqləndirir. Burada kənd təsərrüfatı, qida məhsullarının təhlükəsizliyi və istifadə mədəniyyəti, ərzaq keyfiyyəti, bioloji yanacaq mənbələri və bioplastika sahələri üzrə tədqiqatlar aparmaq üçün şərait mövcuddur. "Canlı laboratoriya" adlanan bu kampusda 8 yüksəktexnologiyalı aqrar-ərzaq tədqiqat və tədris müəssisəsi, torpaq sahələri, eləcə də dünya standartlarına cavab verən iki idman kompleksi və yataqxana var. Cənub kampusun yaxınlığında Miçener parkı yerləşir.
Kalqari Universitet Mərkəzi Kalqari Universitet Mərkəzi Kalqari şəhərinin mərkəzində yerləşir. Mərkəz universitetin məzunlarını, tələbələrini, donorlarını və digər tərəfdarlarını bir yerə toplayaraq Kalqari cəmiyyəti yaradıb.
Müəssisə Meydanı kampusu Müəssisə Meydanı kampusu 15 yanvar 2008-ci ildə açılıb və Edmonton şəhərində Şimali Saskaçevan çayının şimal sahilində yerləşir. Tarixi binalardan ibarət bu ərazi əvvəllər Şimali Amerikanın ən qədim kommersiya korporasiyası olmuş "Hudzon körfəzi" şirkətinə məxsus olub. Hazırda burada universitetin Genişləndirmə fakültəsi, Alberta Biznes Məktəbi, Alberta Biznes Ailə İnstitutu, Təhsilin Davametdirilməsi Məktəbi, bir sıra ticarət meydanları, Dizayn Qalereyası, Alberta Universiteti Məzunları Assosiasiyasının yeni binası yerləşir.
Fakültələr Alberta Universitetində bu fakültələr fəaliyyət göstərir: İncəsənət fakültəsi; Kənd təsərrüfatı, həyat və ekologiya elmləri fakültəsi; Təhsil fakültəsi; Mühəndislik fakültəsi; Dəqiq elmlər fakültəsi; Genişləndirmə fakültəsi; Hüquq fakültəsi; Tibb və stomatologiya fakültəsi; İctimai səhiyyə fakültəsi; Bərpa tibb fakültəsi.
İncəsənət fakültəsi Universitetin ilk fakültəsi 1908-ci ildə yaradılmış İncəsənət fakültəsidir. Fakültə çərçivəsində Antropologiya, İncəsənət və dizayn, Drama, Şərqi Asiya tədqiqatları, İqtisadiyyat, İngiltərə və kinematoqrafiya, Tarix və klassika, Fənlərarası tədqiqatlar, Linqvistika, Müasir dillər və mədəni tədqiqatlar, Musiqi, Fəlsəfə, Siyasi elmlər, Psixologiya, Sosiologiya, Qadın tədqiqatları departamentləri, Alberta Amerika Tədqiqatları, Kanada Şimali Tədqiqatlar, Preyri Arxeologiya, Dövlət İqtisadiyyatı, Parklend, Virt Avstriya və Avropa Tədqiqatları institutları, İncəsənət Resurs, Kanada Teatr Yaradıcılığı, Etnomusiqişünaslıq, Piter və Doris Kul Ukrayna və Kanada Folkloru, Şahzadə Takamado Yapon Tədqiqatları mərkəzləri, Fənlərarası tədqiqatlar departamenti nəzdində Müqayisəli ədəbiyyat, Yazı tədqiqatları, Humanitar hesablama, Yaxın Şərq və Afrika tədqiqatları, dinşünaslıq, elm, texnologiya və cəmiyyət, sülh və konfliktlərin aradan qaldırılması bölmələri fəaliyyət göstərir.
Kənd təsərrüfatı, həyat və ekologiya elmləri fakültəsi Kənd təsərrüfatı, həyat və ekologiya elmləri fakültəsi 1915-ci ildə yaradılıb.
Fakültə Kənd təsərrüfatı, ərzaq və qidalanma elmləri, İnsan ekologiyası, Bərpa olunan resurslar, Kənd təsərrüfatı departamentlərindən, Alberta Meşə Elmi və İdarəetmə Məktəbindən, Devon Botanika bağından, Alberta İnsan Qidalanması, Alberta Baytarlıq Tədqiqatları, Maddi Mədəniyyət institutlarından, Ətraflı (Geniş) Meşəçilik, Zeytun və Bioloji Aktiv Yağların İstehsalı, Süd Tədqiqatı Texnologiyaları, Ekoloji Tədqiqatlar, Gentec Heyvandarlıq, Alberta İxtiraçılıq, Quşçuluq, Donuzçuluq Tədqiqatı Texnologiyaları mərkəzlərindən ibarətdir.
190 akr ərazini əhatə edən Devon Botanika bağı 1959-cu ildə yaradılıb və Edmonton şəhərinin cənubunda yerləşir.
Bağda qarışıq bitkili meşə, qulluq edilmiş bağlar, Kurimoto Yapon bağı, dekorativ güllük, dağ çəmənlikləri, dərman bitkiləri bağı və s. vardır.
Təhsil fakültəsi Təhsil fakültəsi 1929-cu ildə açılıb və Kanadada yaradılan ilk belə fakültədir.
Fakültə Təhsilin siyasi tədqiqatları, Təhsilin psixologiyası, İbtidai təhsil, Orta təhsil, Təhsildə texnologiya departamentlərindən, Kitabxana və İnformasiya Tədqiqatları Məktəbindən, Savadlılığın Artırılması üzrə Kanada Tədqiqatları, Kanadanın Yerli Əhalisinin Dil və Savadlılıq Tədqiqatları, Qlobal Vətəndaşlıq Təhsili və Tədqiqatları, Riyaziyyat, Elm və Texnika, Oxu və Dil, İnkişaf Qüsurları, Uşaq Tədris institut və mərkəzlərindən, Alberta Ümid Fondundan ibarətdir.
Mühəndislik fakültəsi Mühəndislik fakültəsi 1908-ci ildən fəaliyyət göstərir və fakültənin professorları bir çox kəşflərin müəllifləridir.
Fakültə üzrə Kimya texnologiyası və materialşünaslıq, Vətəndaş və ekologiya mühəndisliyi, Elektrotexnika və hesablama texnikası, Maşınqayırma departamentləri, Dağ-Mədən və Neft-Qaz Mühəndisliyi Məktəbi mövcuddur.
Dəqiq elmlər fakültəsi Dəqiq elmlər fakültəsinə Biologiya elmləri, Kimya, Kompüter, Yer və atmosfer, Riyaziyyat və statistika elmləri, Fizika, Psixologiya departamentləri aiddir.
Genişləndirmə fakültəsi Genişləndirmə fakültəsi 1912-ci ildə açılıb.
Fakültə Tətbiqi elmlər, Biznes, Yaşlılar və təhsilin davam etdirilməsi, Kommunikasiya və texnologiya, İngilis dilinin öyrənilməsi, Hökumət Tədqiqatları, Liberal Tədqiqatlar, Tibbi akupunktura proqramları təklif edir. Genişləndirmə fakültəsinin Uşaq, Gənclər və Ailə tədqiqatları, Şəhər-Rayon Tədqiqatları, İctimai iştirak mərkəzləri, Alberta Oyun Elmi-Tədqiqat İnstitutu, Fasiləsiz Təhsil Kanada Universitet Jurnalı fəaliyyət göstərir.
Hüquq fakültəsi Hüquq fakültəsi 1912-ci ildə yaradılıb. Fakültəyə bu qurumlar aiddir: Alberta Hüquq Reforması İnstitutu; Beynəlxalq Ombudsman İnstitutu; Sağlamlıq Hüququ İnstitutu; Kanada Vətəndaş Mühakiməsi Forumu; Konstitusiya Tədqiqatları Mərkəzi.
Tibb və stomatologiya fakültəsi Tibb və stomatologiya fakültəsi 1913-cü ildə açılıb və verdiyi tibbi təhsilin keyfiyyətinə görə dünyada tanınır.
Fakültə Xərçəng, Mühəndislik və Təsviretmə Elmləri, Kliniki Laboratoriya Tədqiqatları, İcma-əsaslı Tibb, Stomatologiya, İnsan İnkişafı, Daxili təbabət, Molekulyar və Sistemlər Təbabəti, Cərrahiyyə və Anesteziologiya məktəbləri, Anatomiya, Anesteziologiya və Ağrı, Biokimya, Biotibbi Mühəndislik, Hüceyrə Biologiyası, Nevrologiya, İntensiv Terapiya, Stomatologiya, Ailə tibbi, Sağlamlıq etikası, Tibbi genetika, Mikrobiologiya və immunologiya, Tibb, Mamalıq və ginekologiya, Onkologiya, Oftalmologiya, Pediatriya, Əczaçılıq, Fiziki tibb və reabilitasiya, Fiziologiya, Psixiatriya, Radiologiya və diaqnostik vizualizasiya, Cərrahiyyə, Təcili tibbi yardım departamentlərindən, Tibb və Patalogiya Laboratoriyasından ibarətdir.
İctimai səhiyyə fakültəsi İctimai səhiyyə fakültəsi 2006-cı ildə yaradılmışdır.
Fakültədə İctimai səhiyyə departamenti, Sağlamlıq Tədqiqatlarının İnkişaf Etdirilməsi, Zədələrin Nəzarəti və Tədqiqatı mərkəzləri fəaliyyət göstərir.
Bərpa tibb fakültəsi Bərpa tibb fakültəsi Əmək terapiyası, Fizioterapiya, Nitq patalogiyası və audiologiya departamentindən ibarətdir.
Digər qurumları Alberta Biznes Məktəbi 1916-cı ildə yaradılmışdır.
Məktəbə Muhasibatlıq, əməliyyatlar və informasiya sistemləri, Maliyyə və statistik analiz, Marketinq, biznes iqtisadiyyatı və hüquq, Strateji menecment və təşkilatçılıq departamentləri daxildir.
Auqustana kampusunda Təsviri incəsənət, Humanitar, Dəqiq, İctimai elmlər departamentləri fəaliyyət göstərir. thumbnail|Milli Nanotexnologiya İnstitutu