Maqsud Davud oğlu Məmmədov () — Azərbaycan balet artisti, baletmeyster, Azərbaycan SSR xalq artisti (1970).

Həyatı Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. 1950-ci ildə Moskva Xoreoqrafiya Məktəbini bitirib ( sinfi). Bakıya qayıtdıqdan sonra 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solisti işləyib.

Maqsud Məmmədov həm milli baletlərimizdə, həm də dünya klassiklərinin əsərlərində mürəkkəb partiyaları böyük uğur və şərəflə ifa edib. Sənətkarın ifa yaradıcılığının əsasını Polad ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Mənzər, Lenni ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Fərhad ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Azad ("Gülşən", Soltan Hacıbəyov), Pərviz ("Qaraca qız", Əşrəf Abbasov), Albert ("Jizel", Adolf Adan), Dezire, Ziqfrid, Şahzadə ("Yatmış gözəl", "Sonalar gölü" və "Şelkunçik" Pyotr Çaykovski), Xli Şan Fu və Ma Li Çen ("Qırmızı lalə", Reynqold Qlier), Pyero ("Qızıl açar", Boris Zeydman), kolen ("Arlekinada", Rikardo Driqo), Vatslav ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Frondoso ("Laurensisa", Aleksandr Kreyn), Qəhrəman ("Şopeniana", Frederik Şopen), Bazil ("Don Kixot", Lüdviq Minkus) obrazlarının ifası təşkil edir.

Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindəki Fərhad rolu Maqsud Məmmədovun ən uğurlu işlərindəndir. O, Azərbaycan Opera və Balet Teatrının Monte-Karlo, Fransa, Lüksemburq qastrollarında qalib olub.

1972–1973-cü illərdə Əlcəzairdə baletmeyster və pedaqoq işləyib.

Maqsud Məmmədov 1979-cu ildən Sov. İKP üzvü olmuşdur.

Maqsud Məmmədov xalq artisti Rəfiqə Axundovanın həyat yoldaşıdır.

O, 13 aprel 2026-cı ildə 97 yaşında vəfat edib. Aprelin 14-də Təzə Pir məscidində keçirilən vida mərasimindən sonra İkinci Fəxri xiyabanda dəfn olunub.

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 may 1970 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955 "Şöhrət" ordeni — 29 may 2019 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959 "Şərəf nişanı" ordeni "Əmək veteranı" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "Teatr Xadimi" qızıl medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 2006 "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı)

Quruluş verdiyi baletlər Rəfiqə Axundovayla birgə Xəzər balladası (1968) Qobustan kölgələri (1969) Yallı (balet) (1969) xoreoqrafik miniatürü Ləzgihəngi (balet) (1969) — xoreoqrafik miniatürü Azərbaycan süitası (1969) Kaleydoskop (1971) Muğam (1972) xoreoqrafik miniatürü Üç inqilab (1973) İldırımlı yollarla (1975) Yeddi gözəl (1978) Babək (1986)

Filmoqrafiya Doğma xalqıma (film, 1954) Dədə Qorqud (film, 1975) Qayınana (film, 1978) Yeddi gözəl (film, 1982) Qərib cinlər diyarında (film, 1977) Bəyin oğurlanması (film, 1985) Bir qəlbin iki dastanı (film, 2001)

İstinadlar

Kateqoriya:Azərbaycan baletmeysterləri Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycan balet artistləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri