Silviya Plat (; ) — amerika şairi, yazıçısı.

Həyatı 1932-ci ildə doğulan amerikalı yazıçı Silviya Platın atası alman, anası amerikalı idi. O, daha çox ağrılı həyatı və faciəvi ölümü ilə tanınır. İlk şeirini səkkiz yaşında yazan şair bütün həyatı boyu manik depressiyadan əziyyət çəkib. Kollecdə oxuyarkən intihara cəhd etdiyi üçün ruhi dispanserə yerləşdirilir. Dispanserdən çıxdıqdan sonra Kembric Universitetində təhsil alır. İngiltərədə olarkən 1956-cı ildə gələcəkdə evlənəcəyi ingilis şair Ted Hyuzla tanış olur. Qısa müddət sonra Plat və Hyuz evlənib Bostona köçürlər. Plat hamilə qaldıqdan sonra yenidən İngiltərəyə qayıdırlar. Platın həddindən artıq qısqanc olması ailədə ciddi problemlərin yaranmasına səbəb olur. Uşaq doğulduqdan sonra isə onlar boşanırlar.

11 fevral 1963-cü ildə Silviya Plat ikinci mərtəbədə yatan uşaqlarına süd və şirniyyat qoyduqdan sonra başını sobaya soxaraq intihar edir. İntihar məktubunda yazılanlara əsasən, onun özünü öldürmək kimi bir niyyətinin olmadığı güman edilir.

İstinadlar

Kateqoriya:ABŞ şairləri Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:İntihar edən yazıçılar Kateqoriya:İntihar edən şəxslər Kateqoriya:Qaz ilə intihar edənlər Kateqoriya:1963-cü ildə intihar edənlər Kateqoriya:ABŞ-nin qadın şairləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:Uydurma Kateqoriya:XX əsrin ABŞ romançıları