Çannel Adaları Milli Parkı (ing. Channel Islands National Park) — ABŞ-nin Kaliforniya ştatının cənub sahillərində yerləşən 8 Çannel adasının 5-ni əhatə edən milli park. Milli parkın sahəsi 1 009,94 km²-dır və ABŞ Milli Park Xidməti tərəfindən idarə olunur.

Tarixi Çannel adaları Kaliforniyanın Sakit okean sahillərində yerləşən 8 adasıdır. Bu adalar yaşayış məskənlərinə yaxın olsalar da dəniz yolunun çətin olması və kimsəsiz olmaları səbəbi ilə inkişaf göstərməmişdirlər. 26 aprel 1938-ci ildə ABŞ prezidenti Franklin Ruzveltin bir qərarnaməsi ilə bu adalar "milli abidə" elan edilmiş və bu adalardakı təbii qoruma federal dairə-büro Milli Park Xidmətinə verilmişdir. Amma bu qoruma ancaq 8 adadan 5-nə tətbiq edilmişdir. Həmçinin o zaman 100,994 hektar sahəsi olan Çannel Adaları Milli Abidəsinin ərazisinin ancaq 31,978 hektarı federal dövlət sahibliyi altında olmuşdur. Bu adalar arasında ən böyüyü olan Santa Kruz adasının 76 %-i Təbiət Qorunağı quruluşu sahibliyi altında olub bu quruluş tərəfindən idarə olunmaqdadır. Bu milli abidə 1976-cı ildə Milli Biokürə Qoruğu elan edilmişdir. Milli abidə 5 mart 1980-ci ilsə ABŞ Konqresinin qərarı və ABŞ prezidentinin təsdiqi ildə Çannel Adaları Milli Parkına çevrilmişdir.

Coğrafiya Bu milli parkın əhatə etdiyi adalarda Santa Barbara şəhəri yaxınlığındakı Konsepşın Point burnundan Los-Anceles şəhərinin bir hissəsi olan San Pedroya qədər yerləşən adalardır. Çannel Adaları Milli Parkının idarə mərkəzi və Robert Lagomarşino Ziyarətçi Mərkəzi Venturadadır. Milli park 5 adadan ibarətdir:

San Migell (38 km²) Santa Roza (214 km²) Anakapa (2,8 km²) Santa Barbara (2,6 km²) Santa Kruz (245 km²)

Qalereya

İstinadlar

Xarici keçidlər

Rəsmi sayt: Channel Islands National Park Channel Islands National Park Visitor's Guide NPS Public domain pictures of park

Kateqoriya:ABŞ milli parkları Kateqoriya:5 martda yarananlar Kateqoriya:1980-ci ildə yaradılmış qoruq əraziləri