Norman Xose Kaldera Kardenal (; ) — Nikaraqua Respublikasının xarici işlər naziri (2002–2007).

Həyatı 21 oktyabr 1946-cı ildə Manaqua şəhərində anadan olmuşdur.Nikaraqua Respublikasının Xarici İşlər Naziri Norman Xose Kaldera Kardenalın tərcümeyi-halı . mfa.gov.az

Təhsili İlk təhsilini Kalasanz Kollecində almışdır. Daha sonra təhsilini Qranadanın Mərkəzi Amerika Kollecində davam etdirmişdir.

1968-ci ildə Leksinqton şəhərinin Hərbi Ventvors Akademiyası və Gənclər Kollecinin Müəssisələr Administrasiyası üzrə texnik peşəsinə yiyələnmişdir.

Fəaliyyəti 1975-ci ildə Mərkəzi Amerika üçün Nikaraqua İxracat Mərkəzinin administratoru seçilmişdir.

1980–1984-cü illərdə Qvatemalada beynəlxalq ticarət üzrə məsləhətçi kimi xidmət göstərmişdir.

1984-cü ilin yanvar ayında Hondurasda baş texniki məsləhətçi vəzifəsinə təyin olunmuşdur.

1996-cı ildə Beynəlxalq Ticarət Mərkəzində fəaliyyətə başlamışdır.

1999-cu ildə Nikaraqua Ticarət, Sənaye və İnkişaf Nazirliyinə vəzifəyə təyin olunmuşdur.

Siyasi fəaliyyəti 2002-ci il yanvarın 10-da Nikaraqua Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur. 2007-ci ilin yanvarına qədər bu vəzifədə olmuşdur.

Ailəsi Evlidir, üç övlad atasıdır.

İstinadlar

Kateqoriya:Nikaraquada doğulanlar Kateqoriya:Nikaraqua siyasətçiləri