Slavoy Jijek (; ) — Sloveniya filosofu, marksisti, mədəniyyət tənqidçisi. İlk dəfə bir ictimai nəzəriyyəçi kimi 1989-cu ildə, ilk ingiliscə kitabı olan "İdeologiyanın əzəmətli obyekti" kitabı sayəsində məşhur olmuşdurBritannica — Slavoj Jijek — Sublime object of Ideology . O, bu kitabında ideologiyanın marksizm tərəfindən verilən izahını saxta şüur olduğunu irəli sürmüş və ideologiyanı reallığı formalaşdıran şüursuz fantaziya kimi təqdim etmişdir. Jijek özünü neoliberalizm tənqidçisi hesab edir.Skof, Lenart (2010): "On Progressive Alternative: Unger Versus Žižek", Synthesis Philosophica 49.
Qeyri-ənənəvi tərzi sayəsində məşhur olmuş, bəzən də "Fəlsəfənin Elvisi" adlandırılmışdır.
Həyatı
İlk illəri 1949-cu ildə Lyublyanada iqtisadçı ailəsində anadan olmuşdur. Valideynlərinin hər ikisi ateist idi. "Kdo je kdaj: Slavoj Žižek. Tisti poslednji marksist, ki je iz filozofije naredil pop in iz popa filozofijo" [Kim, nə zaman: Slavoy Jijek. Popdan fəlsəfəyə, fəlsəfədən popa keçən son marksist1967-ci ildə Lyublyana Universitetinə daxil olmuş, fəlsəfə və sosiologiya oxumuş, Paris 8 Universitetində psixoanalitika təhsili almışdır.
Üç dəfə evlənmiş, ilk dəfə başqa bir sloven filosof olan Renata Salekl ilə, ikinci dəfə model olan Analia Huni, 2013-cü ildə isə Yela Kreçiç ilə evlənmişdir. Slovencə, ingiliscə, serbcə, xorvatca, fransız və almanca səlis danışır.
Siyasi fəaliyyəti 1980-ci illərdə Mladina qəzetində yazmağa başlamış, İosip Broz Tito rejimini tənqid etmişdi. 1988-ci ilin oktyabrında 32 sloven intellektualla birlikdə Lyublyana prosesi vaxtı etiraz olaraq Sloveniya Kommunist Partiyası sıralarını tərk etmiş,1990-cı ildə Sloveniya prezidentliyinə keçirilən seçkilərdə namizədliyini verərək 5-ci yerdə qərar tutmuşdur.Nohlen, D & Stöver, P (2010) Elections in Europe: A data handbook, p1778 ISBN 978-3-8329-5609-7 Sağçı və millətçi yazarların tənqidçisi olmuş, bir dəfə onların yığışdığı bir məclisə bomba atılıb partladılmasını ironiyayla təklif etmişdi. 2008-ci ildə jurnalist Emi Qudmanla müsahibəsində özünü "ixtisaslı kommunist" kimi gördüyünü demiş, 2009-cu ildə isə özünü "radikal solçu" kimi qələmə vermişdir. 2013-cü ildə həbsdə olan Nadejda Tolokonnikova ilə məktublaşmaları kitab halında çap olunmuşdur.
Akademik fəaliyyəti Akademik həyatına Tito dövründə başlamış olan Jijek, fransız filosoflarını oxumağa başlamış, 1967-ci ilk dəfə Jak Derridanın bir məqaləsini sloven dilinə tərcümə etmişdir. Lyublyanada Bojidar Debenyakdan dərs almış, "Praksis", "Tribuna" və "Problemi" kimi jurnallarda yazmışdır. 1971-ci ildə magistr işi "marksist olmadığı üçün" qəbul olunmamış, ondan sonra Karlovatsda hərbi xidməti yerinə yetirmişdir. 1980-ci illərdə Jak Lakan, Freyd və Altusserdən tərcümələrlə məşğul olmuşdur. 1988-ci ildə kino nəzəriyyəsi haqqında ilk kitabını yayımlamışdır. Əsasən "Lacanian Ink", "In These Times", "New Left Review", "London Review of Books", "Mladina" jurnallarında yazır, "Dnevnik" və "Delo" qəzetlərində çıxış edir.
Düşüncəsi Jijekə görə, filosof nəzəriyyə yaradaraq suallara cavab verən şəxsdir.Butler, Rex və Scott Stephens. "Play Fuckin' Loud: Žižek Versus the Left. " The Symptom
Ontologiya və ideologiya Karl Marksın Alman ideologiyası əsərini tənqid edərək, insanların saxta şüura sahib olmadığını deyir. Jijekin fikrincə, insanların ən dərin motivləri şüursuzdur və ideologiya mövcud olan ictimai qayda-qanunlar üçün bəraət kimi bir funksiya daşıyır. Reallıq isə simvolik real (təkcə metaforalarla anlaşılan reallıq), xəyali real (qorxulu gerçəklik) və real real (subliminal həqiqət) anlayışı olmaqla üç yerə bölünür.
Jijek şüurun qeyri-şəffaf olduğunu düşünür, onun fikrincə, bir insanın şüurunun mövcud olub-olmadığını yaxud onun bir mim olub-olmadığını heç vaxt bilə bilmərik və bu şübhənin özü şüurun mövcudluğunun göstəricisidir.Sinnerbrink, Robert (2008). "The Hegelian 'Night of the World': Žižek on Subjectivity, Negativity, and Universality ". International Journal of Žižek Studies. ISSN 1751–8229.
Sitat: "Bu ülvi xəyalın qeyri-adi analizi, Haydeggerin tənqidi və Hegelin "dünyanın gecəsi"nin yenidən təftişi birlikdə Jijekin Kartezian subyektinə gətirdiyi yenidən baxışa əlavə olunur"
Dövlətçilik Jijekin fikrincə, dövlət insanların davranışını tənzimləyən qurumlar sistemidir. Onun kollektiv davranış xaricində gücü yoxdur və əsasən simvolikdir. Yəni qanun əslində cəmiyyətin öz arasındakı təyin etdiyi yazılmamış qanunlardır.Slavoy Jijek, "Özünün nə etdiyini bilməyənlər üçün" Buna görə də siyasi qərarlar əslində təbii nəticələrdir. Məsələn, əgər dövlət məişət xərclərində azaltma haqda qanun qəbul edir və bunu obyektiv səbəblərdən etdiyini iddia edirsə, demokratiyadan və vətəndaş fəaliyyətindən bəhs edirsə, əslində burada yenə də əsas subyekt sərmayədir.Slavoy Jijek, Dözümsüzlüyə bəraət Jijekin fikrincə, ən adi sosial problemləri belə böyütmək labüddür. Jijekə görə, siyasət cəmiyyət strukturunda rolu olanlar və olmayanlar arasında bir mübarizədən ibarətdir.Žižek, Slavoj (1999). "Political Subjectivization and Its Vicissitudes". The Ticklish Subject: the absent centre of political ontology. London: Verso. ISBN 9781859848944.
Post-modernizm Jijek postmodern subyektin rəsmi qurumlara sinik baxdığını, həmçinin konspirologiyaya da inandığını deyir. Jijekin fikrincə, insanlar əsl azadlığı daddıqdan sonra azad olmaqdan qorxduğu üçün "Digər" adlı anlayışla onları hələ də başqalarının idarə etdiyinə inandırmağa çalışır.Žižek, Looking Awry: an Introduction to Jacques Lacan through Popular Culture Onun fikrincə, insan xüsusən kapitalist rejimdə yaşayırsa və ona yalan danışıldığını bilirsə, bu bəs etmir. Bir insan nə etdiyini bilsə belə, bu o demək deyil ki, o doğru olanı edir.Žižek, Slavoj (18 mart 1999). "'You May !'".London Review of Books
Din Jijek dinin düşmən olduğunu düşünmür, lakin onun fikrincə, din də bir mübarizə meydanıdır. Onun fikrincə, dindarlar, heç də "allahsız stalinist kommunistlər"dən fərqlənmir, hər ikisi əxlaqi və etik hərəkətlərdənsə, ilahi düşüncəyə daha çox önəm verirlər.
Filmoqrafiya İlAdıRolu2004Virtualın reallığıÖzü2005Zizek!Özü2006Bir pozğunun film bələdçisiÖzü2012Bir pozğunun ideologiya bələdçisiÖzü
Digər filmlər İlAdıQeyd1996Liebe Dein Symptom wie Dich selbst!Jijek haqda sənədli film2006Alien, Marx & Co. — Slavoj Žižek, Ein PorträtJijek haqda sənədli film2006Possibility of HopeÖzü2008Examined LifeBir səhnədə rolda iştirak edir2009Terror! Robespierre and the French RevolutionÖzü2011Marx ReloadedFilmdə marksistlərdən bəhs edilərkən, haqqında söhbət gedir.
Haqqındaki kitablar Kelsey Wood, Zizek: A Reader's Guide (Wiley-Blackwell: 2012). Warren Breckman, Adventures of the Symbolic: Postmarxism and Radical Democracy (New York: Columbia University Press, 2013) Sean Sheehan, Žižek: A Guide for the Perplexed (London: Continuum, 2012). Christopher Hanlon, "Psychoanalysis and the Post-Political: An Interview with Slavoj Žižek." New Literary History 32 (Winter, 2001). Tony Myers, Slavoj Žižek (London: Routledge, 2003). Sarah Kay, Žižek: A Critical Introduction (Cambridge: Polity, 2003). Ian Parker, Slavoj Žižek: A Critical Introduction (London: Pluto Press, 2004). Matthew Sharpe, Slavoj Žižek, a little piece of the Real (London: Ashgate, 2004). Rex Butler, "Slavoj Žižek: Live Theory" (London: Continuum, 2005). Jodi Dean, Žižek's Politics (London: Routledge, 2006). Walter A. Davis, "Slavoj Zizek, or the Jouissance of the Abstract Hegelian" in Death's Dream Kingdom (London: Pluto Press, 2006). Peter Klepec: Ad… Fəsil: Slavoj Žižek, Poskusiti znova — spodleteti bolje (Ljubljana: Cankarjeva založba 2011), p. 442–485 (Jijekin və digər Lakanianist filosofların slovencə və ingiliscə əsərlərinə istinad olunan 70 əsas ideya) Adam Kotsko, Žižek and Theology (New York: T & T Clark, 2008). Marcus Pound, Žižek: A (Very) Critical Introduction (Interventions) (Grand Rapids: Eerdmans, 2008). Adrian Johnston, Žižek's Ontology: A Transcendental Materialist Theory of Subjectivity (Evanston: Northwestern University Press, 2008). Adrian Johnston, Badiou, Žižek, and Political Transformations: The Cadence of Change (Evanston, Northwestern University Press, 2009). Dominik Finkelde, Slavoj Žižek zwischen Lacan und Hegel. Politische Philosophie, Metapsychologie, Ethik (Wien: Turia + Kant, 2009). Paul A. Taylor, Žižek And The Media (Cambridge: Polity Press, 2010). Raoul Moati (ed.), Autour de S., Žižek, Psychanalyse, Marxisme, Idéalisme Allemand, Paris, PUF, "Actuel Marx", 2010 Fabio Vighi, On Žižek's Dialectics: Surplus, Subtraction, Sublimation, (Continuum, 2010). Matthew Sharpe and Geoff Boucher "Zizek's and Politics: A Critical Introduction" (Edinburgh University Press, 2010) Chris McMillan, "Žižek and Communist Strategy: On the Disavowed Foundations of Global Capitalism" (Edinburgh University Press, 2012) Matthew Flisfeder, The Symbolic, The Sublime, and Slavoj Žižek's Theory of Film (New York: Palgrave Macmillan, 2012). Matthew Flisfeder and Louis-Paul Willis (eds.), Žižek and Media Studies: A Reader (New York: Palgrave Macmillan, 2014).
Müəllifi olduğu əsas əsərlər İdeologiyanın əzəmətli obyekti — 1989 Simptomundan zövq al! — 1992 Zövq metaztazları — 1993 Əsl gözyaşlarının qorxusu — 2001 İnanc haqqında — 2001 Parallaks görüntü — 2006 Lakanı necə oxumalı — 2006 Son dövrləri yaşamaq — 2010 Jijekin lətifələri — 2014 Nadya və Slavoyun həbs məktubları — 2014
İstinadlar
Xarici keçidlər İngiliscə
Slavoj Žižek at Curlie Slavoj Žižek on Big Think Slavoj Žižek Faculty Page at European Graduate School Žižek's entry in the Internet Encyclopedia of Philosophy Žižek bibliography at Lacanian Ink magazine Column archive at The Guardian Appearances on C-SPAN
Kateqoriya:Sloven filosoflar Kateqoriya:Sloveniya filosofları Kateqoriya:Marksistlər Kateqoriya:XX əsr filosofları Kateqoriya:XXI əsr filosofları Kateqoriya:Materialistlər Kateqoriya:Ontoloqlar Kateqoriya:Metafiziklər Kateqoriya:Epistemoloqlar Kateqoriya:Ateist filosoflar Kateqoriya:Məntiqçilər Kateqoriya:XX əsr qeyri-bədii ədəbiyyat yazıçıları Kateqoriya:Aforistlər Kateqoriya:XXI əsr qeyri-bədii ədəbiyyat yazıçıları Kateqoriya:Elm filosofları Kateqoriya:Siyasi filosoflar Kateqoriya:Antikapitalistlər Kateqoriya:Din tənqidçiləri Kateqoriya:Psixoloji filosoflar Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Təhsil filosofları Kateqoriya:Mədəniyyət filosofları