Xudiyeva Nəzakət Əli qızı — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti.

Həyatı Nəzakət Xudiyeva 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirdikdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışmağa başlamışdır. İstedadlı aktrisa bu müddət ərzində bir-birindən fərqli onlarla qadın obrazları yaratmışdır. O, doğma teatrın səhnəsində 50-yə yaxın tamaşada çıxış etmişdir.

6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

2017-ci il may ayının 6-da vəfat etmişdir.

Əsas rolları Oqtay Eloğlu (C.Cabbarlı) — Sevər Aydın (C.Cabbarlı) — Böyükxanım Şeyx Sənan (H.Cavid) — Əzra Vaqif (S.Vurğun) — Gülnar Hacı Qəmbər (N.b.Vəzirov) — Yetər

Filmoqrafiya Tale yükü Nehrəmli qız (film, 2002)

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları