Kreyter gölü — ABŞ-nin Oreqon ştatında yerləşən kaldera gölü. Kreyter Gölü Milli Parkının ana hissəsi olan göl tərtəmiz və şəffaf suyu ilə məşhurdur. Gölün ən dərin yeri 594 metrdir. Göl və kalderası 7.700 il əvvəl Mazama dağının vulkanik çökməsi nəticəsində yaranmışdır. Kreyter gölü ABŞ-nin ən dərin, dünyanın isə ən dərin 7-ci gölüdür. Gölə tökülən və ya göldən axan çay yoxdur.
Yeri Kreyter gölü Klamat qraflığında yerləşir. Klamat şəlaləsinin 97 km şimal-qərbində, Medford şəhərinin 130 km şimal-şərqindədir.
1853-cü ilin iyun ayında Con Uesli Hillman gölü kəşf edən ilk amerikalı olmuş və gölü Tünd Göy göl adlandırmışdı. Gölün bundan sonra da dəyişdirilərək Mavi Göl, Macesti gölü olmuş, sonda Kreyter gölü adı verilmişdir.
Dini əhəmiyyəti Yerli hindu qəbiləsi olan Klamat xalqı böyük ehtimalla Mazama dağı və onun çökməsi haqqında məlumatlı idilər, çünki onlar buranı uzun müddət müqəddəs torpaqlar adlandırmışdılar. Klamat əfsanələrində göy üzü tanrısı Skell ilə yeraltı tanrısı olan Llao arasında bir döyüşdən bəhs edilir. Klamatlılar burada dırmaşma yarışları keçirərdilər. Bu yarışmanın məqsədi dini cəhətdən kimin daha üstün olmasını müəyyənləşdirmək idi. Yarışda qalib gələn müqəddəs hesab olunurdu.
Qalereya
Həmçinin bax ABŞ milli parkları
Kateqoriya:Oreqon gölləri Kateqoriya:Müqəddəs göllər Kateqoriya:Dağ gölləri Kateqoriya:Krater gölləri