Cambul vilayəti () — Qazaxıstanın cənubunda vilayət. İnzibati mərkəzi Taraz şəhəridir.

Tarixi

1939-cu il oktyabrın 14-də təşkil olunmuşdur.Cambul vilayəti// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 177. Vilayət məşhur qazax akını Cambul Cabayevin (1846 - 1945) şərəfinə adlanmışdır.

Coğrafiyası Sahəsi 144,2 min km2 . 10 rayonu, 4 şəhəri, 13 qəsəbəsi var. Mərkəzi Taraz şəhərdir

Ərazisi, əsasən, düzənlikdir. Şimal hissəsini Bədbəxttala s əhrası tutur. Cənub şərqi, şərqi və cənubu dağlıqdır. Maksimum hündürlük 4000 m. Faydalı qazıntıları: fosforitlər, flüorit, qızıl, mis, uran, əlvan metallar, barit, daş kömür, qaz, tikinti materialları. İqlimi kəskin kontinentaldır. Orta temperatur yanvarda –5 dən –10 °C-yədək, iyulda 20 –27 °C-dir. İllik yağıntı 350–900 mm. Mühüm çayları: Çu, Talas, Assa və s.  Ən boz və şabalıdı torpaqlar yayılmışdır. Söyüd-iydə, ağcaqovaq-küknar meşələri, qamışlıqlar, ağotlu-şırımlı topal və yovşanlı-şoranotlu çöllərlə örtülüdür. 2100 m-dən yüksəkdə subalp və Alp çəmənlikləri var. Heyvanları: ceyran, cüyür, say qak, dağ keçisi, canavar, tülkü, porsuq, gəlincik, qaban, ondatra, sünbülqıran, ərəbdovşanı, dovşan, sürünənlər və s. Göl və çayları balıqla zəngindir. böyük gölləri: Balxaş (cənub-qərb hissəsi), Biylikol, Akkol, Aşikol. Boz-qonur səhra.

Təsərrüfatı Yerli təbii ehtiyatlar və kənd təsərrüfatı xammalı bazasında kimya, yüngül, yeyinti və tikinti sənayesi müəssisələri fəaliyyət göstərir. Mədən-kimya kombinatı (Qaratau, fosforitlərin hasilatı və emalı üzrə), superfosfat zavodları (Cambul), yüngül sənaye müəssisələrindən xrom, rezin məmulatlar zavodları, dəri-ayaqqabı kombinatı, yunun ilkin emalı, tikiş, qalantereya fabrikləri (Cambul), dəri kombinatı (Georgiyevka); yeyinti sənayesi müəssisələrindən şəkər kombinatı (Cambul), şəkər zavodları (Çu, Oytal), ət, spirt-araq kombinatları, şərab, balıq, pivə zavodları (Cambul), süd və yağ-pendir zavodları (Cambul, Qaratau, Çuvə rayon mərkəzlərində) var. Maşınqayırma və metal emalı müəssisələri – ehtiyat hissələri, kommunal avadanlıq, aqreqat-təmir, texnoloji metal konstruksiyalar, təmir-mexaniki (Cambul, Çu, Luqovaya), avtomobil təmiri (Qranitoqorsk) zavodları ilə təmsil olunmuşdur. Kərpic (Cambul, Mi xaylovka), gips, körpü və dəmir-beton məmulatları, iripanelli evtikmə zavodları, tikinti hissələri və konstruksiyalar (Cambul), tikinti materialları (Cambul, Qaratau) kombinatları, yol əhəngi və dol du rucular (Georgiyevka) zavodu; mebel fabriki (Cambul) fəaliyyət göstərir. Cambul vilayətinin energetikası təbii qaz və qismən də su enerjisinə əsaslanır.Heyvandarlıq və suvarma, qismən dəm yə əkinçiliyi kənd təsərrüfatının əsasını təşkil edir. Bağçılıq, üzümçülük inkişaf etmişdir.

Əhalisi

Cambul vilayəti Qazaxıstanda azərbaycanlıların ən çox yaşadığı bölgələrdən biridir. Burada yaşayan azərbaycanlıların əksəriyyəti 1930-cu illərdə Azərbaycandan sürgün edilən ailələrin övladlarıdır. Bu bölgədə doğulan tanınmış şəxslərdən biri də qarışıq döyüş növləri üzrə peşəkar idmançı, UFC döyüşçüsü Rafael Fizievdir.

İnzibati bölgələri

Vilayət 10 rayona bölünür: Bayzak rayonu — Sarıkəmər kəndi Cambul rayonu — Asa kəndi Jualın rayonu — Momışlı kəndi Korday rayonu — Korday kəndi Merke rayonu — Merke kəndi Moyınkum rayonu — Moyınkum kəndi Rıskul rayonu — Kulan kəndi Sarısus rayonu — Canatas şəhəri Talas rayonu — Karatau şəhəri Şu rayonu — Şu şəhəri

Vilayət tabeli Taraz və rayon tabeli Karatau, Canatas və Şu şəhərləri.

İstinadlar

Kateqoriya:Cambul vilayəti Kateqoriya:1939-cu ildə yaranmış dövlətlər və ərazilər