Bud sümüyü başının bağı ya Budun girdə bağı () — bud-çanaq oyanağına aid bağlardan olub, geniş bir surətdə köndələn bağ nahiyəsində aypara səthin ucları arasından başlayıb, bud sümüyü başı çuxurcuğuna bağlanır. Bud sümüyü başının bağı lifli dəstələrdən təşkil olaraq sinovial zar ilə örtülmüşdür. Onun uzunluğu 2—2,5 sm-ə bərabərdir. Bəzən bu bağa heç təsadüf edilmir. Vəzifəsi bud sümüyü bağına qan damarlarını ötürməkdir. Mənbə Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1971
Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Bud əzələləri